PDF Oxu

Siyasət

  • 1 480

“Yeni Azərbaycan Partiyası ölkənin inkişafına mühüm töhfələr verir” - Nurlan Qələndərli

image

“Yeni Azərbaycan Partiyasının 33-cü ildönümü həm partiyanın tarixi, həm də Azərbaycanın müstəqillik və inkişaf yolundakı əhəmiyyətli mərhələlərindən biridir. Partiyanın fəaliyyəti, prinsipləri və vətəndaşlıq mövqeyi ölkəmizin siyasi, sosial və iqtisadi inkişafına böyük töhfə verir”.SİA xəbər verir ki, bu fikirləri YAP Səbail rayon təşkilatının 33-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı YAP mərkəzi aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli səsləndirib.O bildirib ki, son illərdə keçirilən seçkilərdə əldə olunan uğurlar, partiyanın ölkə daxilində və beynəlxalq arenada göstərdiyi fəaliyyət, eləcə də üzvlərinin aktiv iştirakı bu töhfələrin bariz nümunəsidir.Nurlan Qələndərli vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının uğurlarının davamlı olması, təşkilatın gücünün və xalq qarşısındakı xidmətinin daha da artması ölkənin inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.O, partiyanın bundan sonra da dövlətçilik prinsiplərinə sadiq qalaraq Azərbaycanın siyasi və ictimai həyatında fəal rol oynayacağına əminliyini ifadə edib.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər