PDF Oxu

Siyasət

  • 733

Azərbaycan-Serbiya münasibətlərində strateji tərəfdaşlıq

image

15 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci-vitse prezident Mehriban xanım Əliyeva Serbiya Respublikasına rəsmi səfər edib. Belqradda cənab prezident İlham Əliyevin və Serbiya prezidenti Aleksandar Vuçiçin iştirakı ilə hər iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası Serbiyanın Dövlətçilik günündə keçirilib. Bu iclas ikitərəfli münasibətlərdə dönüş nöqtəsi rolunu oynayır.

Tərəfdaşlıq Şurasının iclasında Azərbaycan və Serbiya Respublikalarının prezidentləri ilə yanaşı hökumətlərarası komissiyaların sədrləri və nazirlər məruzələrlə çıxış ediblər. Çıxışlarda ölkəmizlə Serbiya arasında energetika, bərpaolunan enerji, investisiyalar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Artıq 2026-cı ilin may ayından hər iki ölkə arasında aviareyslər başlanılacaq. Uçuşların başlaması humanitar təmasların və turizmin inkişafına töhfə verəcəkdir. Müzakirələrdən sonra cənab Prezident İlham Əliyev və Serbiya Respublikasının başçısı Aleksandar Vuçiç arasında Stratejii Tərəfdaşlıq Şurasının Qərarı imzalanmışdır. Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında; Qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikinti və idarə olunması haqqında Saziş, hər iki ölkənin İqtisadiyyat nazirliyi arasında Anlaşma Memorandumu; Media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu; 2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu; İdman sahəsində Anlaşma Memorandumu; Tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında münasibətlər qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyünə dəstək prinsipləri əasında formalaşıb. Ölkələr arasında nə zaman problem yaranarsa məsələlər dərhal həll olunur. Hər iki ölkə arasında inkişaf edən əməkdaşlığ 2012-ci ildən bu günə qədər olan müqayisədə aydın görmək olar. Belə ki, əvvəlki illərlə müqayisədə xidmətlər sahəsində dövriyyə 16 dəfə çoxalmışdır. Strateji tərəfdaşlıq nəticəsində yeni əlaqələr qurulub.

Serbiya prezidenti Aleksandar Vuçiç Bakı şəhərini öz vətəndaşlarına gəzmək üçün tövsiyə görərək bildirdi: “Serbiyanın bütün vətəndaşlarına şəxsən deyə bilərəm ki, Bakı gözəl şəhərdir. Onlar orada bir çox yeniliklər görə bilərlər. Şəhər Xəzər dənizinin sahilində yerləşir. O, təmiz, səliqəli şəhərdir. Mən nə zaman Bakıya səfər edirəm, yeni möcüzələr görürəm, Prezident Əliyevin Azərbaycan hökuməti ilə bir yerdə inşa etdiyi yeni və gözəl yerləri görürəm. Orada möhtəşəm muzeylər var. Bulvarlar, mehriban insanlar, təhlükəsizlik mümkün olan ən yüksək səviyyədədir. Beləliklə, bu, Serbiya vətəndaşlarına Azərbaycana səfər etmək üçün açıq bir dəvətdir”. Serbiya Prezidenti Azərbaycan məhsullarının dadını bildiyi üçün öz ölkəsinə bildirdi ki, Azərbaycan məhsullarından öz ölkələrində də satışa çıxarılsın.

Prezidentlər bəyanatlarla çıxış edərkən onlar elektrik stansiyalarının tikintisi və yenidən qurulması ilə bağlı məsələlərə toxundular. Energetika sahəsində əlaqələr çoxşaxəli formatda inkişaf edir. Artıq ölkəmiz Serbiyaya təbii qazı ixrac edir və gələcəkdə ixracın həcmi artırılacaq. Ölkəmizin başçısı cənab İlham Əliyev çxışında bildirmişdir: “Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq”.

Ümumi nəticəyə gələrək görmüş oluruq ki, Azərbaycan və Serbiya münasibətləri qarşılıqlı etimada, strateji baxışa, ortaq maraqlara söykənir. Bu tərəfdaşlıq daha geniş sahələri əhatə edərək, regional və beynəlxalq müstəvidə hər iki ölkənin mövqeyini daha da gücləndirəcək. Azərbaycan ilə Serbiya arasında qurulmuş əməkdaşlıq modeli müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmət kimi qiymətləndirilir.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu

üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər