PDF Oxu

Siyasət

  • 874

Azərbaycan–Serbiya münasibətləri: strateji tərəfdaşlıq yeni mərhələdə - ŞƏRH

image

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında münasibətlər son illərdə dinamik inkişaf yolu keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rəsmi Bakı ilə Belqrad arasında qurulan siyasi dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı dəstək prinsipləri iki ölkəni bir-birinə daha da yaxınlaşdırır. Diplomatik münasibətlər 1997-ci ildə qurulsa da, əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması xüsusilə son onillikdə müşahidə olunur. Dövlət başçıları – Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç arasında qarşılıqlı səfərlər və görüşlər əməkdaşlığın dərinləşməsində mühüm rol oynayıb. İmzalanan sənədlər və qəbul edilən birgə bəyanatlar münasibətlərin strateji xarakter aldığını təsdiqləyir.

Siyasi dialoq və qarşılıqlı dəstək Azərbaycan və Serbiya beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin mövqeyinə həssas yanaşır. Hər iki ölkə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipini dəstəklədiyini açıq şəkildə bəyanedir. Bu yanaşma qarşılıqlı etimad mühitini gücləndirir və siyasi münasibətlərin möhkəm təməl üzərində qurulmasına şərait yaradır. Parlamentlərarası əlaqələr, xarici işlər nazirləri səviyyəsində mütəmadi məsləhətləşmələr və müxtəlif sahələr üzrə işçi qruplar ikitərəfli gündəliyin davamlı şəkildə genişlənməsinə imkan verir.

İqtisadi əməkdaşlıq və enerji amili İqtisadi əlaqələr Azərbaycan–Serbiya münasibətlərində xüsusi yer tutur. Ticarət dövriyyəsinin artması, investisiya imkanlarının genişlənməsi və birgə layihələrin icrası əməkdaşlığın praktik nəticələriniortaya qoyur. Xüsusilə enerji sahəsində əməkdaşlıq diqqət mərkəzindədir. Azərbaycan qazının Avropa bazarına çıxışı fonunda Serbiya ilə enerji əməkdaşlığı yeni perspektivlər açır. Bu istiqamətdə atılan addımlar Serbiyanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə, Azərbaycanın isə etibarlı tərəfdaş kimi rolunun güclənməsinə xidmət edir. Humanitar və mədəni əlaqələr İki ölkə arasında humanitar sahədə də əməkdaşlıq genişlənir. Təhsil proqramları, mədəni tədbirlər və qarşılıqlı səfərlər xalqlar arasında əlaqələrin inkişafına töhfə verir. Mədəniyyət sahəsində təşkil olunan tədbirlər Azərbaycan və Serbiya cəmiyyətlərinin bir-birini daha yaxından tanımasına imkan yaradır. Yeni mərhələyə doğru Mövcud siyasi iradə və qarşılıqlı maraq Azərbaycan–Serbiya münasibətlərinin gələcəkdə daha da genişlənəcəyini göstərir. Strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın sənaye, nəqliyyat, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də dərinləşdirilməsi nəzərdə tutulur.

Beləliklə, Azərbaycan və Serbiya arasında formalaşan münasibətlər təkcə iki ölkə üçün deyil, regionda sabitlik və əməkdaşlıq mühitinin gücləndirilməsi baxımından da əhəmiyyətli hesab olunur. Strateji tərəfdaşlıq modeli qarşılıqlı hörmət və etimad əsasında inkişaf edərək yeni uğurlara yol açır.

Vüqar Qasımzadə

YAP Sədərək rayon təşkilatının fəalı, Heydərabad qəsəbə partiya təşkilatının sədri

Digər xəbərlər