PDF Oxu

Siyasət

  • 1 132

ASAN xidmət dövlət-vətəndaş münasibətlərinin inkişafını təmin edir - ÜLVİ MEHDİYEV

image

“ASAN xidmət konsepsiyasının əsas struktur komponentlərindən biri innovasiyaların davamlı təşviqidir”.SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 19 fevral 2026-cı il tarixində ASAN xidmət tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbirində qeyd edib.O qeyd edib ki, bu yanaşma dövlət idarəçiliyində və vətəndaş xidmətində texnoloji yeniliklərin tətbiqini sistemləşdirir və genişləndirir. Xidmət çərçivəsində innovativ ideyaların və startap təşəbbüslərinin dəstəklənməsi üçün xüsusi mexanizmlər və mərkəzlər yaradılmışdır ki, bu da həm gənc sahibkarlar üçün imkanlar yaradır, həm də dövlət-vətəndaş münasibətlərinin müasir texnologiyalar əsasında inkişafını təmin edir.Bu mexanizmlər yalnız ideyaların təşviqi ilə kifayətlənmir; onlar ideyaların reallaşdırılması, sınaqdan keçirilməsi və kommersiyalaşdırılması proseslərini də əhatə edir. Xüsusilə startap ekosistemi üçün nəzərdə tutulmuş mərkəzlər gənc təşəbbüskarları mentorlarla, investorlarla və təcrübəli mütəxəssislərlə bir araya gətirir, onların bacarıqlarının inkişafını sürətləndirir və layihələrin iqtisadi səmərəyə çevrilməsini dəstəkləyir.Belə sistemli yanaşma həm də dövlətin innovasiya siyasətinin həyata keçirilməsində vacib alət rolunu oynayır. Texnoloji vasitələr və innovativ həllər vətəndaşlara xidmətin şəffaflığını artırır, müraciətlərin emalını sürətləndirir, səhvlərin və gecikmələrin qarşısını alır, eyni zamanda bürokratik prosedurların sadələşdirilməsinə xidmət edir.ASAN Xidmət konsepsiyasının innovasiya mərkəzləri həm iqtisadi, həm də sosial sahədə dayanıqlı inkişafın təməlini qoyur. Bu mərkəzlər ölkədə innovasiya mədəniyyətinin formalaşmasına, startap və təşəbbüskarların fəaliyyət imkanlarının genişlənməsinə, həmçinin dövlət və vətəndaş arasında etimadın güclənməsinə şərait yaradır”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər