PDF Oxu

Siyasət

  • 792

Qənimət Zahidov Paris məhkəməsinin hökmü ilə cəzalandırıldı - FOTO

image

Növbənin digər antimilli məxluqlara çatacağı gözlənilir

Xaricdəki antimilli ünsürlərə qarşı Azərbaycan cəmiyyətində patoloji nifrət mövcuddur. Çünki bu məxluqlar xaricdə oturub sifariş əsasında Azərbaycanın görkəmli şəxslərini, elm, mədəniyyət adamlarını, siyasətçilərini təhqir edirlər. Onlar üçün söyüş, təhqir ritorikası adi hala çevrilib. İttiham hədəfi olanlardan biri də Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadədir. Fransada yaşayan Qənimət Zahidov Çingiz Qənizadə haqqında şər və böhtan xarakterli videoməlumat paylaşıb. Bu da haqlı olaraq Çingiz Qənizadənin narazılığına səbəb olub.

Cingiz Qənizadə Qənimət Zahidovun cəzalandırılması üçün Fransa məhkəməsində iddia qaldırıb. Təəccüblü görünsə də Fransa məhkəməsi Cingiz Qənizadənin iddiasını qismən də olsa təmin edib. Bu və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında Çingiz Qənizadə Paris Cinayət Məhkəməsinin iddia üzrə qərar qəbul edərək onun şikayətini təmin etdiyini bildirib: “Mənim məqsədim xarici bloqerlərin çıxışlarının tamamilə cəfəngiyyat olduğunu sübut etmək və öz adımı təmizə çıxarmaq olub. Artıq 6 ilə yaxındır ki, bu qərarı gözləyirdim. 2019-cu ilin avqust ayında müxtəlif tarixlərdə Qənimət Zahidov özünün yutub kanalında mənim haqqımda böhtan xarakterli məlumat yayıb. O iddia edib ki, həmin vaxtlarda Rusiyada bir nəfər azərbaycanlının qətlə yetirilməsinin təşkilatçısı və ya iştirakçısı olmuşam və cəzalandırılmıram. Ona görə də bu böhtanlarla bağlı Fransa məhkəməsinə müraciət etdim. Çünki bu yalan iddiadan əleyhimə istifadə olunub. Eyni zamanda, xalqın da düşüncəsinə təsir edib”.

Ç.Qənizadə onu da bildirib ki, Qənimət Zahidovun proseslərdə iştirak etmək istəməyib: “Qənimət Zahidov öncə proseslərə gəlmirdi. Onun haqqında məcburi gətirilmə qərarı çıxarıldı. Hətta gələndə özü ilə yalançı şahid də gətirmişdi, amma şahidi zaldan çıxarıldı. Bununla kifayətlənməyən Qənimət Zahid prosesi siyasi adlandırdı. O, Paris Cinayət Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli qərarı ilə cinayət törətmiş şəxs hesab edilib. Ona 500 avro cərimə cəzası kəsilib. Belə az miqdarın seçilməsinə səbəb onun iş yerinin olmaması və Fransa dövlətinin himayəsində olmasıdır. Bu, Azərbaycan dövlətinin tarixində ilk haldır. Mən başqa dövlətə sığınaraq şər-böhtan atan şəxsin həmin dövlətdə məhkəmədə uduzmasına səbəb oldum”.

Ç.Qənizadə bilidirib ki, Qənimət Zahidovun bəhs etdiyi hadisə - azərbaycanlının qətlinə görə günahkarlar tutulub və cəzalandırılıb: “Qənimət Zahid bir də belə böhtana əl atsa, yaşadığı ölkədən xaric edilə bilər”.

Çingiz Qənizadənin sözlərinə görə, əsas istəyi Qənimət Zahidov və onun kimi xarici ölkələrdə oturub, Azərbaycan və Azərbaycandakı bəzi ictimaiyyət nümayəndələri, siyasətçilər haqqında fikirlər səsləndirənlərin tamamilə cəfəngiyyat yaydıqlarını sübuta yetirmək idi və buna da nail olub.

İlham

Digər xəbərlər