“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhərəmanovun təşəbbüsü ilə baş tutan görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, Zərifə Əliyeva adına liseyin direktoru, ərazi partiya təşkilatının sədri Fərqanə İsayeva, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin direktoru Fuad Babayev, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin direktor vəzifəsini icra edən Elçin Məmmədov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, beynəlxalq fənn olimpiadalarında uğur əldə etmiş şagirdlər, Yasamal rayonunda yerləşən ali, orta ümumtəhsil müəssisələrində təhsil alan tələbə və şagirdləri iştirak edib.
YAP Yasamal rayon təşkilatında baş tutuan görüşdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək Yasamal rayonu üzrə beynəlxalq fənn olimpiadalarında uğur qazanmış şagirdlərlə keçirilən görüşün yüksək əhəmiyyət daşıdığı qeyd edib. Vurğulanmışdır ki, bu nailiyyətlər Azərbaycan təhsil sisteminin ardıcıl və məqsədyönlü inkişafının bariz göstəricisidir. Dövlətin təhsilə göstərdiyi xüsusi diqqət və qayğı gənclərin beynəlxalq arenada uğur qazanmasına geniş imkanlar yaradır. Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş təhsil strategiyasının ölkənin intellektual potensialının formalaşmasında müstəsna rol oynadığı diqqətə çatdırılmışdır. Onun siyasi kursu nəticəsində milli təhsil sisteminin möhkəm təməli yaradılmışdır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Son illərdə məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, beynəlxalq olimpiada qaliblərinin nəticələri Azərbaycanın artan elmi nüfuzunun göstəricisidir. Tədbirdə müəllimlərin əməyi və valideynlərin dəstəyi yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, bu uğurlar gələcək nailiyyətlər üçün möhkəm zəmin yaradır. Sonda Bəxtiyar Nəbiyev Yasamal rayonu üzrə beynəlxalq olimpiadalarda uğur qazanmış şagirdləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov Yasamal rayonunda beynəlxalq fənn olimpiadalarında fərqlənmiş şagirdlərlə keçirilən görüşün qürurverici hadisə olduğu bildirib. Qeyd edilib ki, gənclərin qazandığı nailiyyətlər ölkəmizdə təhsilə göstərilən sistemli dövlət qayğısının real nəticəsidir. Ümummilli Lider Heydər Əliyev təhsili dövlət quruculuğunun prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Onun müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır. Müasir təhsil infrastrukturu və innovativ imkanların tətbiqi gənclərin potensialının üzə çıxarılmasına şərait yaratmışdır. Bildirilmişdir ki, beynəlxalq olimpiada qaliblərinin nəticələri Azərbaycan gəncliyinin yüksək intellektual səviyyəsini sübut edir. Tədbirdə müəllimlərin fədakar əməyinin və şagirdlərin əzmkar fəaliyyəti xüsusi vurğulanmışdır. Sonda uğur əldə etmiş şagirdlər təbrik edilmiş və onlara gələcək fəaliyyətlərində davamlı uğurlar arzulanmışdır.
Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova çıxışında Yasamal rayonu üzrə beynəlxalq fənn olimpiadalarında uğur əldə etmiş şagirdlərlə görüş zamanı onların nailiyyətlərinin yüksək qiymətləndirildiyi bildirilib. Qeyd olunub ki, əldə olunan uğurlar Azərbaycan təhsilinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin göstəricisidir. Dövlətin təhsil sahəsinə göstərdiyi xüsusi diqqətin bu uğurların əsas amili olduğu vurğulanıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış təhsil siyasətinin ölkənin intellektual inkişafına xidmət etdiyi qeyd edilib. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir mərhələdə daha da zənginləşdirildiyi diqqətə çatdırılıb. Son illərdə həyata keçirilən layihələrin gənclərin beynəlxalq arenada iştirak imkanlarını genişləndirdiyi bildirilib. Şagirdlərin uğurlarının həm rayon, həm də respublika üçün böyük qürur mənbəyi olduğu vurğulanıb. Sonda Təravət Muradova Yasamal rayonu üzrə beynəlxalq olimpiadalarda uğur qazanmış şagirdləri təbrik edərək yeni-yeni nəaliyyətlər əldə etmələrini arzu edib.
Çıxışlardan sonra Yasamal rayonu üzrə beynəlxalq fənn olimpiadalarında uğur əldə etmiş şagirdlərə hədiyyələr təqdim edilib.
Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkilləri çəkdirilib.