PDF Oxu

Siyasət

  • 1 046

ABŞ mətbuatı İrana mümkün hücumun tarixini açıqladı

image

Qum saatı tərsinə çevrildi: ABŞ mətbuatı İrana mümkün hücumun tarixini açıqladı.SİA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Yaxın Şərqdə müharibə riski getdikcə artır. ABŞ ilə İran arasında nüvə danışıqları davam etsə də, Vaşinqtondan gələn məlumatlar diplomatik həll axtarışlarının fonunda hərbi variantın da getdikcə daha çox müzakirə olunmağa başladığını göstərir. Diplomatiya masa üzərində qalır, lakin müharibə ehtimalı hər zaman yaxındır. Vaşinqton və Tehran arasında vaxt daralır, İsrail həyəcan vəziyyətindədir, diqqətlər isə Ağ Evə yönəlib. ABŞ mətbuatı mümkün hücumun tarixini də açıqlayıb.ABŞ Prezidenti Donald Trumpa ordunun şənbə günü etibarilə İrana qarşı mümkün hücum üçün hazır olacağını bildiriblər. Lakin Trampın hələ yekun qərarını vermədiyi və hücumun həftəsonundan sonraya da qala biləcəyi qeyd olunur.Yaxın Şərqdə gərginlik hər keçən gün artarkən, ABŞ–İran nüvə danışıqları kritik mərhələyə daxil olub. Vaşinqtondan yayılan yeni məlumatlar diplomatik səylər davam etsə də, hərbi variantların gündəmdə daha çox yer aldığını ortaya qoyur. Vaşinqton və Tehran arasında gərginlik yüksəlir, İsrail isə bu prosesləri diqqətlə izləyir. ABŞ mediasında yer alan xəbərlərə əsasən, ABŞ hökumətinin yüksək vəzifəli rəsmiləri Prezident Trampa İrana qarşı mümkün hücum üçün ordunun hazır vəziyyətə gətirildiyini bildiriblər. Bununla belə, Trampın qərarını hələ dəqiqləşdirmədiyi və hücumun təxirə salına biləcəyi vurğulanır.Trampa ordunun İrana qarşı mümkün hərbi əməliyyat üçün şənbə günündən etibarən hazır olacağını çatdırıblar. Ancaq hücumla bağlı yekun qərarın hələ verilmədiyi və qərarın həftəsonundan sonraya qala biləcəyi bildirilir.ABŞ-ın İrana qarşı hücumu rəsmən təsdiqləməsi halında, mümkün cavab zərbələrinin qarşısını almaq məqsədilə Yaxın Şərqdə yerləşən Amerika personalının Avropaya və ya ABŞ-a köçürülə biləcəyi iddia olunur. Pentagon isə bu iddialarla bağlı şərh verməkdən imtina edib.İrana qarşı mümkün hərbi addım üçün həftəsonuna işarə ediblər. Bildirilib ki, Tramp hələ yekun qərar verməyib və ən doğru addımı müəyyənləşdirmək üçün müşavirləri və müttəfiqləri ilə məsləhətləşmələri davam etdirir. Mənbələrdən biri “Prezident bu məsələ üzərində çox vaxt sərf edir” sözləri ilə prosesin nə qədər ciddi olduğunu vurğulayıb. Qeyd olunub ki, Tramp Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner vasitəsilə İranla aparılan dolayı danışıqlar barədə mütəmadi olaraq məlumatlandırılır.ABŞ-li bir rəsminin sözlərinə görə, İranın danışıqlardan sonra ABŞ-la qarşıdurmadan yayınmağa yönəlmiş yazılı təklif təqdim etməsi gözlənilir. Eyni rəsmi bildirib ki, yüksək səviyyəli milli təhlükəsizlik müşavirləri Ağ Evin Situasiya Otağında İran dosyesini müzakirə etmək üçün toplaşıblar və bölgəyə yerləşdirilən bütün ABŞ qüvvələrinin mart ayının ortalarına qədər mövqelərini tamamlamaq ehtimalı var. Digər tərəfdən, ABŞ Dövlət katibi Marco Rubionun fevral ayının son həftəsonunda İsraildə Baş nazir Binyamin Netanyahu ilə görüşünün planlaşdırıldığı bildirilir.ABŞ-ın İrana “yaxın zamanda” hücum edə biləcəyi ilə bağlı ehtimallar İsraildə həyəcan səviyyəsini yüksəldib. İsrail Ordusunun Daxili Cəbhə Komandanlığına yüksək hazırlıq göstərişi verildiyi qeyd olunur. İsrail mətbuatı yazır ki, Netanyahu hökuməti ABŞ-ın İrana hücum etməsi halında Tehranın İsrailə cavab zərbəsi endirə biləcəyini nəzərə alır. Bu səbəbdən Daxili Cəbhə Komandanlığına, mülki müdafiə və fövqəladə hallar qurumlarına “müharibəyə hazırlıq” göstərişi verilib. ABŞ-ın mümkün hücumu ehtimalı fonunda İsraildə bütün səviyyələrdə hazırlıq iclaslarının keçirildiyi bildirilir. Bununla belə, hücumun vaxtı və miqyası hələ də qeyri-müəyyən olaraq qalır.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər