PDF Oxu

Siyasət

  • 1 433

İran çənbəri daralır – bəs bizi nə gözləyir?

image

Mətləb Salahov: “ABŞ-nin məqsədi təkcə qocalmış Xomeneini devirmək deyil, hədəfdə daha dərin planlar var”

“Belə görünür ki, Donald Tramp Administrasiyası üçün Cenevrədəki İran danışıqları, sadəcə, vaxt qazanmaq və Xomenei rejiminə daha sarsıdıcı zərbə endirmək üçün hazırlıq məqsədi daşıyır. Xüsusilə İsrailin də bu planda daha aktiv yer alması onu göstərir ki, ABŞ və İsrail İranla müharibə üçün daha ciddi hazırlıq görürlər. Bu, təkcə İran məsələsi olmayacaq, bu, həm də bölgədə yeni situasiya, yeni münasibətlər və yeni xəritə yaradılması demək olacaq. Çünki rəsmi Vaşinqtonun hədəfi qocalmış Xomeneini taxtdan salmaqla yekunlaşmayacaq. Hədəfdə daha dərin məqsədlər dayanır”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, İrana qarşı hərbi müdaxilə reallaşarsa, bu zaman bütün bölgənin gələcək taleyi də sual altında qalacaq. "Nəzərə almaq vacibdir ki, 1979-cu ildən bu yana hakimiyyətdə olan dini qüvvələrin devrilməsi ilə məqsəd yekunlaşmayacaq. Çünki dünyanın supergücü bölgədə gələcək onilliklərə hesablanmış məqsədlər üçün hərəkətə keçir. Bu isə o deməkdir ki, bizim də daxil olduğumuz bölgədə hər şey indiki kimi olmayacaq. Əlbəttə, ən böyük aydınlıq zamana bağlıdır”.
Afət Tahirqızı

Digər xəbərlər