PDF Oxu

Siyasət

  • 1 314

TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edib

image

Baş katib Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın 25-ci qış sessiyasında iştirak edib.SİA xəbər verir ki, sessiya çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan və Özbəkistan nümayəndə heyətləri ilə bir araya gələrək TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.Nümayəndə heyətlərinə TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən artıq imzalarının toplandığı, eləcə də Qazaxıstanın fəaliyyətdə olan sədrliyi çərçivəsində zəruri prosedurların başa çatdırıldığına dair məlumat verib.Eyni zamanda bundan sonrakı mərhələdə həm ATƏT PA-nın Bürosunda, həm də Daimi Komitəsində məsələnin müzakirəyə çıxarılması ilə bağlı fikir mübadiləsi aparılaraq TÜRKPA-nın müşahidəçi statusu əldə etməsi istiqamətində konkret nəticələrin hasil edilməsi üzrə nümayəndə heyətləri tərəfindən ortaq Yol Xəritəsinin həyata keçirilməsi qərara alınıb.Müzakirələrdə Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, Qazaxıstanın ATƏT PA-da nümayəndə heyətinin rəhbərinin müavini Aynur Argınbekova, Qırğızıstanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Medina Kayrılbekova, Türkiyənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Selami Altınok, Macarıstanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Attila Tilki və Özbəkistanın ATƏT PA-da nümayəndə heyətinin üzvü cənab Odiljon Mamatkarimov iştirak edib.ATƏT PA-nın qış sessiyası öz işini davam etdirir.

Digər xəbərlər