32 il əvvəl – Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab olunan Hacıyev Qılman Surxay oğlu Bərdə rayonunda dəfn edilib.SİA-nın bölgə müxbiri xəbər verir ki, Bərdə rayonunun Kələntərli kəndində rayon sakinlərinin, şəhidin ailə üzvlərinin, Bərdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidlə vida mərasimi keçirilib.Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları kənd qəbiristanlığında dəfn edilib, ruhuna dualar oxunub.Qeyd edək ki, 1972-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olan Q.Hacıyev Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1994-cü ilin fevralında Kəlbəcər rayonunun Yanşaq kəndində itkin düşmüşdü.Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.