Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il fevralın 15-də Serbiya Respublikasına səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin göstəricisidir. Bu səfər Bakı–Belqrad xəttində strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə doğru irəlilədiyini nümayiş etdirən siyasi hadisə oldu. Azərbaycan- Serbiya arasında strateji tərəfdaşlıqda yeni inkişaf mərhələsidir. Serbiya Prezidenti Aleksandar Vuçiç ilə keçirilən görüşlər və mətbuata verilən bəyanatlar göstərdi ki, hər iki ölkə münasibətlərin daha da dərinləşdirilməsində qətiyyətlidir. Dövlət başçılarının vurğuladığı əsas məqam qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsipidir. Müasir beynəlxalq münasibətlər sistemində bu prinsipial yanaşma xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Serbiya beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq bir-birinin milli maraqlarını açıq şəkildə dəstəkləyir. Bu isə münasibətləri formal tərəfdaşlıq çərçivəsindən çıxararaq siyasi müttəfiqlik səviyyəsinə yaxınlaşdırır.Prezident İlham Əliyevin bəyanatında Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyi və əməkdaşlıq coğrafiyasının genişləndirilməsi xüsusi vurğulandı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Balkan regionu üçün də yeni imkanlar yaradır. Strateji yaxınlaşmanın mühüm elementlərindən biri də humanitar sahədə əməkdaşlıqdır. Təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir. Bu proses siyasi münasibətlərin davamlılığını təmin edən sosial baza yaradır. Azərbaycan və Serbiya xalqları arasında dostluq ənənələrinin möhkəmləndirilməsi dövlətlərarası əməkdaşlığın uzunömürlü olmasına zəmin yaradır. Hər iki ölkə arasındakı münasibətlər son illərdə siyasi, iqtisadi, enerji sahəsində dinamik şəkildə inkişaf edir.
Qlobal geosiyasi proseslərin intensivləşdiyi bir dövrdə Azərbaycan və Serbiya kimi dövlətlərin qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq modeli xüsusi əhəmiyyət kəsb edir. İlham Əliyevin Serbiyadan verdiyi mesajlar göstərdi ki, Azərbaycan balanslı və çoxtərəfli xarici siyasət kursunu davam etdirərək müxtəlif regionlarla strateji bağlarını gücləndirir. Bu səfər Cənubi Qafqaz ilə Balkanlar arasında yeni siyasi və iqtisadi körpünün qurulduğunu nümayiş etdirdi. Bakı ilə Belqrad arasında münasibətlərin dərinləşməsi regionlararası əməkdaşlığın yeni formatını formalaşdırır. Prezident İlham Əliyevin Serbiya səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqlədi. Verilən bəyanatlar və aparılan müzakirələr göstərdi ki, Azərbaycan–Serbiya əlaqələri artıq sadə tərəfdaşlıq çərçivəsini aşaraq strateji müttəfiqlik istiqamətində inkişaf edir.
Bu səfər siyasi etimadın möhkəmləndirilməsi, iqtisadi imkanların genişləndirilməsi və beynəlxalq arenada qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tərəfdaşlıqdan müttəfiqliyə doğru atılan bu addım Azərbaycan və Serbiya üçün uzunmüddətli sabitlik və inkişaf perspektivləri vəd edir. Serbiya üçün enerji mənbələrinin şaxələndirilməsi strateji prioritetdir. Azərbaycan qazının Balkan bazarına çıxışı isə həm iqtisadi səmərəlilik, həm də siyasi sabitlik baxımından əhəmiyyətlidir. Bu əməkdaşlıq enerji ilə məhdudlaşmır; nəqliyyat, logistika, sənaye və investisiya sahələrində də geniş perspektivlər açılır.
İki ölkə arasında ticarət dövriyyəsinin artırılması, birgə müəssisələrin yaradılması və qarşılıqlı investisiyaların təşviqi istiqamətində konkret addımlar atılması münasibətlərin institusional əsaslarını möhkəmləndirir. Bu isə tərəfdaşlıqdan müttəfiqliyə doğru keçidin iqtisadi dayaqlarını formalaşdırır. Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycan-Serbiya əlaqələrinin strateji xarakter daşıdığını və qarşılıqlı etimada əsaslandığını bir daha təsdiqlədi
Tural Sadıxov
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının əməkdaşı