Prezident İlham Əliyev Serbiya respublikasına səfəri zamanı Aleksandır Vuviçlə təkbətək və heyyətlər arası görüşlər keçirmişdir. Bu görüşlərdə iki ölkə arasındakı hazırkı əlaqələr və gələcək əməkdaşlıq istıqamətləri müzkirə olunmuşdur. İlham Əliyev və Serbiya Prezidenti görüşdən sonra mətbuata bəyanatla çıxış etmişlər. Serbiya Prezidenti çıxışında bildirib ki, bizim əlaqələrimiz bütün sahələr üzrə uğurla inkişaf edir. Strateji tərəfdaşlıq çərçivəsində bütün mümkün işlər görülməkdədir.
İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Bu günə qədər Serbiya və Azərbaycan arasında 57 sənəd və müqavilə imzalanmışdır. Bunların nəticəsidir ki, 2012 -ci il ilə müqayisədə ticarət dövriyyəsi 16 dəfə artmışdır. Yeni səfər zamanı isə daha onlarla yeni sənədlər imzalanıb. Əlbətdə bütün sazişlər iki ölkə arasındakı münasibətlərdə yeni istiqam və imkanlar yaradır.
Səfər çərçivəsində Strateji əməkdaşlıq şurasının ilk iclası kecirildi. Bu isə iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Serbiya kənd təsərüfati məhsulları və enerji sahəsində ölkəmizlə daha yaxından əməkdaşlıq etmək niyyətindədir. Belə ki, Azərbaycanda becərilən kənd təsərrüfatı məhsulları Serbiya bazarını daha keyfiyyətli və cox ucuz qiymətlə təmin edə bilər.
Həmçinin Enerji sahəsində Azərbaycanla əməkdaşlığa Serbiya dövləti böyük maraq göstərməkdədir. Serbiya Azərbaycanda istehsal olunan elektirik enerjisinin ölkəyə idxal həcminin artırmaq və Azərbaycanın investitsiyası ilə Serbiyada yeni elektirik enerjisi istehsal edən stansiyaların tikilməsində maraqlıdır.
Prezident İlham Əliyev çıxışında Energetika və nəqliyat sahələrində yaranan yeni imkanlara diqqət ayırıb və əlaqələri inkişaf etdirərək sinergetika yaratmağın vacıbliyini vurğuladı. Əlbətdə ki, dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasındakı bütün sahələr üzrə əməkdaşlığı və əlaqələri gücləndirəcəkdir.
Gülşən Allahverdiyeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi,
YAP Yasamal rayon təşkilatının fəalı