Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında münasibətlər son illərdə dinamik inkişaf yolu keçmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu münasibətlər qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyünün tanınması, daxili işlərə qarışmamaq və beynəlxalq hüquq prinsiplərinə əsaslanır.
2026-cı ilin fevralında Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji əməkdaşlıq yeni keyfiyyət mərhələsinə yüksəldi. Bu dövlət başçıları səviyyəsində baş tutan və iki ölkə münasibətlərinin gələcək inkişaf xəttini müəyyən edən əhəmiyyətli görüşlə əlaqədardır.
2026-cı ilin fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyev rəsmi səfərlə Serbiyaya getdi. Səfər çərcivəsində Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiç ilə geniş tərkibdə görüş keçirildi və iki ölkə arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə olundu. Görüş həm siyasi, həm də iqtisadi məsələlər üzrə strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə xidmət etdi.
Ən mühüm hadisələrdən biri Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının birinci sessiyasının keçirilməsi oldu. Bu yeni mexanizm iki ölkə arasında əlaqələrin institutlaşdırlıması və əməkdaşlığın yüksək səviyyədə koordinasiya olunması üçün yaradılıb. Sessiya Serbiyanın Dövlətçilik Günü-milli bayram günündə keçirildi ki, bu da görüşün simvolik əhəmiyyətini bir qədər də artırdı.
Serbiya Prezidenti Aleksandar Vuçiç açılış nitqində dostluq və tərəfdaşlıq əlaqələrinin strateji səviyyədə inkişaf etdiriləcəyinə diqqət çəkdi və bundan sonra münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsinə dair niyyətlərini bəyan etdi.
İqtisadi və enerji əməkdaşlığına əsaslanan görüşdə konkret addımlar müzakirə edildi. Prezident İlham Əliyev çıxışında Azərbaycan tərəfindən Serbiyaya təbii qaz ixracının artırılması və enerji əməkdaşlığının daha dərinləşdirilməsi fikrini vurğuladı ki, bu da regionun enerji təhlükəsizliyinə müsbət təsir göstərəcək.
Səfər çərçivəsində iki ölkə arasında bir sıra mühüm sənədlər də mübadilə edildi. Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş, Serbiyada qaz-turbinal elektirik stansiyasının layihələndirilməsi, tikilməsi və istismarı ilə bağlı razılaşma mübadilə edilən sənədlərdəndir. Bu sənədlər ikitərəfli iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsinə xidmət edəcək və qarşılıqlı faydalı layihələrə yönləndiriləcəkdir. Görüş zamanı siyasi dialoq da yüksək səviyyədə prioritet olaraq saxlanıldı. Hər iki ölkə beynəlxalq təşkilatlara da qarşılıqlı dəstəkdə davam edəcəyini təsdiqlədi, suverenlik və ərazi bütövlüyü prinsipinə sadiqliklərini bir daha ifadə etdilər.
Bu səfər xüsusi ilə enerji sahəsində əməkdaşlığın inkişafı baxımından mühim əhəmiyyət kəsb etmişdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühim rol oynayan ölkə kimi Serbiyanın enerji mənbələrinin şaxələndirilməsi siyasətinə töhfə verməyə hazır olduğunu bəyan etmişdir. Azərbaycan qazının Balkan regionuna çatdırılması istiqamətində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilmiş və bu sahədə praktiki addımların davam etdirilməsi razılaşdırılmışdır.
Azərbaycan və Serbiya arasında bütün sahələri əhatə edən strateji tərəfdaşlıq əlaqələri mövcuddur. İkitərəfli dostluq münasibətləri və əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli platformalarda da öz əksini tapır. Buna misal olaraq, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrin beynəlxalq hüququn norma və prinsipləri arasında mövqelərinə nümayiş etdirdikləri qarşılıqlı dəstəyi göstərmək olar.
Uzun illərdir ki, hər iki ölkə arasında əlaqələr dostluq və qarşılıqlı hörmət prinisiplərinə əsaslanır. Keçmiş Yuqaslaviya Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımış, Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlər 21 avqust 1997-ci ildə qurulmuşdur. Həmin vaxtdan etibarən iki ölkə arasında siyasi dialoq davamlı xarakter almış, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Azərbaycan və Serbiya bir birinin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir. Serbiya Azərbaycanın Qarabağ məsələsində mövqeyini dəstəkləmiş, Azərbaycan isə Serbiyanın Kosova ilə bağlı münaqişəsinə hörmətlə yanaşmışdır. Bu qarşılıqlı siyasi dəstək münasibətlərin əsas sütunlarından biri hesab olunur. Siyasi əməkdaşlıq parlamentlərarası əlaqələr, hökümətlərarsı komissiya və beynəlxalq təşkilatlar çərçivəsində də inkişaf edir. Azərbaycan və Serbiya-hər iki dövlət BMT və ATƏT kimi beynəlxalq platformalarda əməkdaşlıq edir, regional sabitlik və təhlükəsizlik məsələlərində oxşar mövqe nümayiş etdirir.
İqtisadi sahədə əməkdaşlıq xüsusilə enerji sektoru ilə seçilir. Azərbaycanın dövlət neft şirkəri olan SOCAR Serbiyada fəaliyyət göstərir və ölkənin yanacaq bazasında mühüm mövqeyə malikdir. Bununla yanaşı, Azərbaycan qazının Serbiyaya ixracı istiqamətində atılan addımlar Serbiyanın enerji təhlükəsizliyinin paylanmasına töhfə verir. Enerjetika ilə yanaşı, tikinti, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı və ticarət sahələrində də əməkdaşlıq imkanları genişlənməkdədir.
Humanitar və mədəni əlaqələr də ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biridir. Təhsil sahəsində əməkdaşlıq proqramları həyata keçirilir, tələbə mübadiləsi təşviq olunur, müxtəlif mədəni tədbirlər və sərgilər təşkil edilir. Bu cür təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edir.
Bir sözlə, Azərbaycan və Serbiya arasında münasibətlər qarşılıqlı maraqlara əsaslanan, sabit və perspektivli əməkdaşlıq modeli kimi qiymətləndirilə bilər. Siyasi etimadın yüksək səviyyəsi və enerji sahəsində strateji tərəfdaşlıq əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün əlverişli zəmin yaradır. İkitərəfli münasibətlərin inkişafı həm regional sabitliyə, həm də hər iki ölkənin iqtsadi və siyasi maraqlarına müsbət təsir göstərir. Hər iki ölkə arasında əlaqələrin genişlənməsi regionda sabitlik və əməkdaşlığa töhfə verir.
Bu görüş Azərbaycan Serbiyaya münasibətlərinin sadəcə diplomatik protokolla məhdudlaşmadığını göstərir; bu iki ölkənin strateji məqsədlərini birləşdirən çoxsahəli əməkdaşlıq yolunun başlanğıcıdır. Siyasi dialoq, enerji və iqtisadi sahələrdə konkret layihələr, sənədlərin mübadiləsi və qarşılıqlı dəstək münasibətlərin daha da dərinləşəcəyini gösrərir. Bu da gələcəkdə qaşılıqlı investisiyaların artmasına, birgə sənaye və infrastruktur layihələrinin həyata keçirilməsinə, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın güclənməsinə zəmin yaradacaq, iki öklə arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq.
2026-cı ilin görüşü həm Avropa və Cənubi Qafqaz regionlarında əməkdaşlığın gücləndirilməsinə, həm də hər iki ölkənin milli prioritetlərinə uyğun olaraq strateji tərəfdaşlığın yeni mərhələyə çıxarılmasına böyük təkan verdi. Regional sabitliyə və iqtisadi tərəqqiyə töhfə verən mühim hadisə kimi tarixə düşdü. Gələcək illərdə bu strateji tərəfdaşlığın daha da genişlənəcəyi və yeni uğurlarla müşayiət olunacağı gözlənilir.
Turanə Baxşəliyeva
Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru YAP Fəalı