PDF Oxu

Siyasət

  • 1 377

"Bu faciə gələcək nəsillərə ötürüləcək tarixi dərsdir" - HƏRBİ EKSPERT DANIŞDI

image

"Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Bəzən bu hadisəni alman faşizmi ilə müqayisə edirlər. Lakin burada mühüm fərqlər mövcuddur. Alman faşizmi dövründə indiki kimi beynəlxalq hüquq mexanizmləri - Birləşmiş Millətlər Təşkilatı, Cenevrə konvensiyaları və digər universal hüquqi sənədlər - mövcud deyildi". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi əməllər isə artıq beynəlxalq hüququn formalaşdığı, soyqırımı, deportasiya, işğal, terror və separatizmin açıq şəkildə qadağan olunduğu bir dövrdə baş verib: "Bu baxımdan törədilən cinayətlər beynəlxalq hüquqa əsasən xüsusilə ağır məsuliyyət yaradır.Həmin dövrdə Azərbaycan yeni müstəqillik qazanmışdı, ordusu tam formalaşmamışdı, silah-sursat baxımından zəif vəziyyətdə idi. Dövlət strukturları yenicə qurulurdu və ölkə ciddi daxili siyasi çətinliklərlə üz-üzə qalmışdı. Ermənistan tərəfi isə keçmiş sovet hərbi resurslarından istifadə edirdi. Xüsusilə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnikasının və şəxsi heyətinin hadisələrdə iştirakı barədə faktlar mövcuddur.Xocalı şəhəri strateji mövqedə yerləşirdi və bölgədə mühüm əhəmiyyət daşıyırdı. 1992-ci ilin fevralında burada baş verən qətliam Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri kimi qiymətləndirilir. Hadisələrlə bağlı müxtəlif mənbələrdə Ermənistanın o dövrdəki hərbi-siyasi rəhbərliyinin nümayəndələrinin etiraf xarakterli açıqlamaları da yer alıb.Azərbaycan bu hadisəni soyqırımı və insanlığa qarşı cinayət kimi qiymətləndirir və beynəlxalq aləmdə bunun tanınması istiqamətində fəaliyyət göstərir. Xocalı faciəsi təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının nümunəsi kimi dəyərləndirilir.Bu hadisələrin unudulmaması, hüquqi-siyasi qiymət alması və gələcəkdə oxşar faciələrin təkrarlanmaması üçün beynəlxalq hüququn prinsiplərinə əməl olunması əsas şərt hesab edilir. Dövlətimiz gücləndi, möhkəmləndi, dövlət quruculuğu prosesi tamamlandı, güclü ordu formalaşdırıldı və nəticə etibarilə işğal altında olan torpaqlarımız azad edildi. Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası döyüş meydanında alındı.Xocalı faciəsini törədənlər ədalət qarşısında cavab verməlidirlər və verəcəklər. Bu cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin, o cümlədən keçmiş hərbi-siyasi rəhbərlərin beynəlxalq hüquq qarşısında cavab verməsi tarixi ədalətin tələbidir.Xocalı soyqırımını heç zaman unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq və gələcək nəsillərə ötürüləcək. Bu faciə ilə bağlı filmlər çəkilib, əsərlər yazılıb və bundan sonra da yazılacaq, araşdırılacaq və dünya ictimaiyyətinə çatdırılacaq.Təkcə Xocalı deyil, Qaradağlı, Meşəli, Cəmilli və digər yaşayış məntəqələrində baş vermiş faciələr də xalqımızın yaddaşında silinməz iz qoyub. Bu hadisələr tariximizin ağrılı səhifələridir və heç vaxt unudulmayacaq.Keçmişdə, deportasiyalar dövründə və sovet hakimiyyəti illərində müstəqil dövlətimiz yox idi. Xalqımız ağır sınaqlardan keçirdi. Bu gün isə müstəqil, suveren və güclü Azərbaycan dövləti var. Güclü orduya və milli birliyə sahibik.Biz bu faciələri bir daha yaşamamaq üçün tariximizi unutmamalı, dövlətimizi və ordumuzu daha da gücləndirməliyik".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər