Andrew Mountbatten-Windsor-un İngiltərə Krallıq Ailəsi tarixində taxt sıralamasından məcburən çıxarılan ilk yüksək rütbəli krallıq üzvü ola biləcəyi iddia edilir.SİA xarici KİV -ə istinadən xəbər verir ki, İngiltərədə hökumət keçmiş Şahzadə Andrew-u (66) krallıq taxtı varisləri siyahısından çıxarmaq üçün tədbir görür. Bütün unvanları və üstünlükləri əlindən alınmış Andrew, taxtın səkkizinci sıradakı varislik hüququnu doğuşdan qazanıb və bu hüququnu hələ saxlayır. Lakin hökumət bu hüququ əlindən almaq üçün qanun layihəsi hazırlayır.Müdafiə Naziri Luke Pollard, Andrew-un kral olmasını əngəlləyəcək bu addımın “doğru qərar” olduğunu bildirib. Bu qanun layihəsi, monarxiyanın vəzifələrini yerinə yetirə bilməyəcəyi hallarda Andrew-un rəsmi vəzifələri icra etmək səlahiyyətini verən Dövlət Məsləhətçisi unvanını da əlindən alacaq. Qanunun icrası üçün onun böyük qardaşı Kral Çarlzın təsdiqi tələb olunur.Ölkədə aparılan ictimai rəy sorğularında Andrew-un taxt siyahısından çıxarılmasını istəyənlərin faizi 82%-ə çatıb. Bu cür qanun sonuncu dəfə 1936-cı ildə Edward VIII-in taxtdan könüllü geri çəkilməsindən sonra qəbul olunmuş və onu və nəslini taxtdan uzaqlaşdırmaq üçün istifadə edilmişdi.
Müəllif: Günay Hacıyeva