Litva prezidenti Gitanas Nausėda evin də özünə bıçaqla xəsarət yetirib. Prezidentin aldığı xəsarətini müalicə yolu ilə sağaltmaq mümkün olmadığından o əməliyyat stoluna qaldırılıb və qolundan əməliyyat olunub. Bu barədə "European Pravda" qəzeti məlumat yayıb. Nəşrin iddiasına görə, Litva prezidentinin özünə xəsarət yetirməsi bazar günü məlum olub. Prezidentin ofisi yayılan xəbəri təsdiq edib və bildirilib ki, Nausėdanın evində məişət xəsarəti alıb. Administrasiyanın məlumatında qeyd olunur ki, ilk tibbi yardım göstərildikdən sonra Nausėda Respublika Vilnüs Universiteti Xəstəxanasına aparılıb və orada sol qolundan kəsilmiş yara ilə bağlı əməliyyat olunub.
Litva prezidenti Gitanas Nausėnin əməliyyatdan sonra bir gecə xəstəxanada qalmalı olub və bazar ertəsi günü xəstəxanadan evə buraxılıb.
İlham