Samux rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Su çərşənbəsi münasibətilə ağacəkmə aksiyası keçirilib.Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Ziyadlı kəndində, Samux–Kür yolunun ətrafında keçirilən aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, idarə, müəssisə və təşkilatların işçiləri, eləcə də rayon sakinləri könüllü iştirak ediblər.
Aksiyada ümumilikdə 500 ədəd olmaqla xan çinarı, Eldar şamı və digər ağaclar əkilib. Yeni əkilən tinglər üçün damcılı suvarma sistemi çəkilib və suvarma aparılıb, ərazidəki mövcud ağacların dibi yumşaldılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Samux rayonunda yaşıllaşdırma və abadlıq işləri il boyu davam etdiriləcəkdir.