Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Yenikənd kəndində şəhid Azər Yaqub oğlu Qasımovun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.Görüşdə millət vəkili şəhidlərin döyüş meydanında göstərdiyi şücaətlərdən bəhs edib, onların hər birinin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğal altında olan torpaqları azad etdiyini qeyd edib.Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını ifadə ediblər.