PDF Oxu

Siyasət

  • 338

“Şəhid və şahid Xocalıdan Zəfər və azadlığa gedən yol” - FOTOLAR

image

Tərtərdə “Şəhid və şahid Xocalıdan Zəfər və azadlığa gedən yol” adlı tədbir keçirilib. Tədbir Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı, Qarabağ Regional Gənclər və İdman İdarəsi, Qarabağ Regional Mədəniyyət İdarəsi, Tərtər rayon Heydər Əliyev Mərkəzi və Tərtər rayon Peşə Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.

Öncəliklə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova bildirib ki, Xocalı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Qeyd olunub ki, 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələrinin hücumu nəticəsində şəhərdə dinc sakinlərə qarşı soyqırımı törədilib, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.

Daha sonra YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, fəal gənc Sərxan Tərtərli, Tərtər Peşə məktəbinin müəllimləri Babayeva Könül və Əliyeva Aynur çıxış edərək bildiriblər ki, Xocalı faciəsi yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin yaddaşında qalmalı olan ağır bir cinayətdir. Vurğulanıb ki, gənc nəsil bu tarixi həqiqətləri dərindən öyrənməli və gələcək nəsillərə ötürməlidir.

Tədbir çərçivəsində Xocalıya həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq və quruculuq işlərindən bəhs olunub, şəhərin yenidən dirçəliş mərhələsinə qədəm qoyduğu diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçıları mərkəzdə ekskursiyada iştirak ediblər.

Digər xəbərlər