PDF Oxu

Siyasət

  • 460

Tərtərdə şahmat üzrə rayon turniri keçirilib - FOTOLAR

image

YAP Tərtər rayon təşkilatının, Tərtər rayon İcra Hakimiyyətinin və Tərtər-Ağdərə rayonları üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Tərtər Uşaq Gənclər İdman və Şahmat məktəbində ümumtəhsil məktəblərinin şagirdləri arasında “26 fevral-Xocalı soyqırımı” faciəsinə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilmişdir.

Yarışa dörd yaş qrupu üzrə ümumilikdə 66 nəfər şagird qatılmışdır.

Əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Uşaq hüquqlarının Müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tərtər və Ağdərə rayon Komitəsinin sədri Niyaməddin Aslanov, Uşaq Gənclər İdman və Şahmat məktəbinin direktoru Fərəc Rzayev, Tərtər rayonunun ümumtəhsil məktəblərinin şagirdləri və Uşaq Gənclər İdman və Şahmat məktəbinin qrupları iştirak ediblər.

YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev, Tərtər Rayon İcra Hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tərtər və Ağdərə rayon Komitəsinin sədri Niyaməddin Aslanov çıxış edərək xalqımıza qarşı törədilən xəyanətlərdən, amansız soyqırımdan danışaraq bu hadisələrin Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd ediblər.

Sonra turnirə start verilib. Yarış başa çatdıqdan sonra I, II və III yerlərə layiq görülən şahmatçılar qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlandırılacaqlar.

Digər xəbərlər