PDF Oxu

Siyasət

  • 2 002

Xocalı - unudulmayan haray - ŞƏRH

image

Xocalı soyqırımının dünyada tanıdılması hazırda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir . Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistanı işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində görülən işlər bu gün də davam etdirilir. Faciənin dünya ictimaiyyətinə tanıdılması istiqamətində dövlət səviyyəsində, həm müxtəlif qurumlar, həm də ayrı-ayrı vətəndaşlarımız tərəfindən istər respublika daxilində, istərsə də respublikamızdan kənarda çoxlu iş görülüb. Bundan əlavə, beynəlxalq səviyyəli görüşlərdə, toplantılarda, konfranslarda bu mövzu gündəmə gətirilib, yürüşlər, mitinqlər keçirilib, sənədli xronoloji materiallar, fotolar dərc edilib, kitablar buraxılıb, sərgilər təşkil olunub.

Xocalı faciəsi Azərbaycanın müstəqillik yolunda keçdiyi ən ağır sınaqlardan biri oldu. Bu hadisə təkcə bir şəhərin deyil, bütöv bir millətin ürəyində dərin bir yara açdı. Xalqımız üçün Xocalı təkcə bir faciə deyil, həm də ədalət uğrunda mübarizənin simvoluna çevrildi. Amansızlıqla Xocalı faciəsini dünyaya tanıtmaq və ədalətin bərpa olunması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti sistemli və ardıcıl siyasət yeridir. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. “Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər – hansılar ki işğal altında idi və separatçılar orada at oynadırdılar, – azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı.”
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi minnətdarlıq hissilə qeyd etmək lazımdır. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır.
Xalqımız hər il olduğu kimi bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir. Qeyd edək ki, Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib. Artıq xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.

44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı zamanı tətbiq edilən uğurlu strategiya və ən müasir silahlardan istifadə nəticəsində ordumuzun bölmələri işğal altındakı əraziləri düşməndən təmizlədi. Düşmənin komanda-idarəetmə məntəqələri, raket və artilleriya vasitələri, döyüş texnikaları və təminatı sıradan çıxarıldı, düşmən faktiki olaraq iflic vəziyyətinə gətirildi.
Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gerçəkləşdirərək hərb tarixinə qısa zamanda böyük nailiyyət kimi yenilik gətirdi.

Mələk Rzayeva

YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər