PDF Oxu

Siyasət

  • 1 247

Trampdan yeni açıqlama: Anlaşma olmazsa İran üçün pis olacaq

image

ABŞ Prezidenti Donald Tramp, Baş Qərargah rəisi Dan Caine-in “İranla müharibəyə qarşı olduğu” yönündəki iddiaların tamamilə yalan olduğunu bildirərək, “anlaşma əldə edilməzsə, nəticənin İran üçün pis olacağını” xəbərdarlıq etdi.SİA xarici KİV-ə istinadən məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp, sosial media hesabından etdiyi paylaşımda, Baş Qərargah rəisi Caine ilə bağlı xəbərlərə cavab verdi.Tramp, “İranla müharibəyə qarşı olduğu” iddia edilən Caine üçün, “Yalan xəbər mediasında General Caine-in İranla müharibəyə girməyə qarşı olduğu yönündə xəbərlər dolaşır. Bu xəbərlər yüz faiz yanlışdır.” ifadəsini istifadə etdi.İranla bağlı qərarın özünə aid olduğunu və bu ölkəyə hücum yönündə bir qərar verərsə, Caine-in buna uyğun olaraq ordunu çox yaxşı idarə edəcəyini qeyd edən Trump, “General Caine, hamımız kimi müharibə görmək istəmir, lakin İranla bağlı hərbi səviyyədə bir qərar qəbul edilərsə, bunun asanlıqla qazanılacağını düşünür.” şərhini verdi.ABŞ Prezidenti, Tehran rəhbərliyinə də “Qərarı mən verirəm, mən anlaşmanın olmasını üstün tuturam, amma anlaşma olmazsa, o ölkə və təəssüf ki, xalqı üçün çox pis gün olacaq.” deyə qiymətləndirmə etdi.ABŞ Baş Qərargah rəisi Caine-in, ABŞ Prezidenti Donald Trump-ı İranla mümkün hərbi əməliyyatın uzunmüddətli bir münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdar etdiyi iddia edilmişdi.Caine-in Trump-a İranla ediləcək hücumun ciddi risklər daşıya biləcəyini çatdırdığı iddia edilmişdi.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər