YAP Tərtər rayon təşkilatı, Tərtər rayon İcra Hakimiyyəti və Tərtər-Ağdərə rayonları üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə Uşaq Gənclər İdman Şahmat məktəbində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalını unutma” adlı inşa yazı müsabiqəsi keçirilib..
Tədbirdə YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İştimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Svetlana Əzizova və Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Ülviyyə Qənbərova da iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev, Rayon icra hakimiyyətinin nümayəndəsi Svetlana Əzizova, və Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Ülviyyə Qənbərova çıxış edərək bu soyqırımın bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktı olduğunu bildiriblər. Çıxışçılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi qələbə qazandığını, torpaqlarımızın düşmən tapdağından azad edildiyini, soyqırım qurbanları və şəhidlərimizin qisasının alındığını, hazırda Xocalı şəhəri və kəndlərinə 881 ailə, 3602 nəfər köçürüldüyünü qeyd ediblər. Çıxışçılar müsabiqə iştirakşılarına Xocalı şəhərində aparılan tikinti abadlıq işləri, Xocalı şəhidlərinin xatirəsinə tikilən abidə kompleksi haqqında da danışıblar.
Sonra müsabiqəyə start verilib. Müsabiqədə 43 ümumtəhsil məktəbindən 36 nəfər yuxarı sinif şagirdləri iştirak ediblər. Bir akademik saat vaxt ayrılan inşa-yazı müsabiqəsinin nəticələri müəyyən edildikdən sonra qaliblər YAP Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti və rayon təhsil sektorunu tərəfindən diplom və fəxri fərmanla ilə təltif ediləcəklər.