PDF Oxu

Siyasət

  • 939

Ağstafada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb FOTOLAR

image

25 fevral 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən 26 Fevral – Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla anılıb.Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşkilatın əməkdaşları, şəhid ailələri, qazilər, Ərazi Partiya Təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Tədbir çərçivəsində Ağstafa şəhər Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış Abidə kompleksinin önünə gül dəstələri qoyulub. Həmçinin şəhidlərimizin məzarları ziyarət olunub, əziz xatirələri böyük ehtiramla yad edilib.

Digər xəbərlər