25 fevral 2026-cı il tarixdə YAP Şərur rayon təşkilatı və Şərur şəhər Fizika-riyaziyyat təmayüllü lisey ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “26 fevral Xocalı Soyqırımı”na həsr olunmuş tədbir keçirilib. Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyev və şəhidlərin, həmçinin Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan YAP Şərur Rayon Təşkilatının sədri Əmir Babayev məruzə edərək bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı soyqırımı törətdi, 613 nəfəri qəddarlıqla qətlə yetirdi.Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin acı nümunəsidir. Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində o dəhşətli günü xatırlayıb kədərlənməklə yanaşı, 2020-ci ilin sentyabrından sonra yaşananlara səhifə-səhifə nəzər salıb həm də fərəhlənir, qürurlanırıq. Ona görə də hər şeydən əvvəl Xocalımız azaddır, artıq düşmən tapdağı altında deyil. Respublikanın hər bir bölgəsində olduğu kimi Xocalıda da Azərbaycan bayrağı dalğalanır. Buna görə Xocalı şəhidlərinin ruhu da şaddır. Bu inamın mövcudluğu bizdə qürur yaradır.Fizika-Riyaziyyat Təmayüllü Liseyinin müəllimi Cavid Xəlilov tədbir iştirakçılarına diqqətinə çatdırdı ki, 2020-ci il Vətən müharibəsində Zəfər qazanan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Xocalı faciəsi qurbanlarının da qisasını aldı, 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror əməliyyatı nəticəsində Xocalının erməni separatçılarından tamamilə təmizlənməsi və Ali Baş Komandan İlham Əliyev tərəfindən oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması Xocalının həyatında yeni qürurverici tarixi başlatdı.Tədbirdə YAP Şərur rayon təşkilatının məsləhətçisi Nicat İbrahimov bildirdi ki, Üstündən 34 il keçsə də, Xocalı soyqırımı hələ də xalqımızın qəlbində böyük bir ağrıdır. Xocalı qurbanları bizim üçün yalnız statistika deyil, onlar ata, övlad, bacı və qardaş idilər. Vətən müharibəsində qazanılan qələbə Xocalı dərdimizə məlhəm oldu. Çıxışların ardınca Fizika-Riyaziyyat Təmayüllü Liseyinin şagirdi Akif Bədəlov “Xocalı Soyqırımı” haqqında İngilis dilində təqdimat verdi.Sonda Xocalı Faciəsinə həsr olunmuş film nümayiş edildi.