PDF Oxu

Siyasət

  • 1 274

Aktauda Xocalı soyqırımının ildönümünə həsr olunan tədbir keçirilib

image

Qazaxıstanın Aktau şəhərində Ş.Yessenov adına Xəzər Texnologiyalar və Mühəndislik Universitetinin bazasında fəaliyyət göstərən Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunan tədbir keçirilib.SİA xəbər verir ki, tədbirdə universitetdə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.Tədbirdə Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov tarixi yaddaşın qorunmasının və gənclərin bu proseslərə cəlb olunmasının vacibliyini vurğulayıb.Tədbir çərçivəsində iştirakçılara Xocalı həqiqətlərini əks etdirən videoçarxlar nümayiş etdirilib. Gənclərə 1992-ci ilin fevralında baş verən hadisələrin miqyası, dinc əhaliyə qarşı törədilən cinayətlər və məsələnin beynəlxalq hüquqi qiymətləndirilməsi barədə məlumat verilib.

Digər xəbərlər