Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının Zəhmətkənd ,İsalı,Kiçik Qaramurad,Qoşabulaq,Samanlıq,Alnabat və Əmiraslanlı kənd ərazi partiya təşkilatlarında anım tədbirləri keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Xocalı faciəsi qurbanlarının və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ərazi partiya təşkilat sədrləri, Zəkiyə Həsənova,Fəzail Kərimov,Asəf Qurbanov və digər təşkilat sədrləri Xocalı soyqırımı barədə ətraflı məlumat verərək erməni silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın qədim yaşayış məskəni Xocalı şəhərinin işğal edildiyini, işğal nəticəsində çoxlu sayda mülki insanın, əsasən də uşaqların və qadınların xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncəyə, zülmə və təhqirlərə məruz qaldığını deyiblər.
Qeyd olunub ki, Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını alındı, şəhidlərimizin qanı yerdə qalmadı.