PDF Oxu

Siyasət

  • 1 282

Xocalı soyqırımı Türkiyə parlamentində anılıb

image

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimaiyyətlə əlaqələr şöbəsinin konfrans zalında Xocalı soyqırımına həsr edilən anım mərasimi keçirilib.SİA xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi, TBMM-nin himayəçiliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşəbbüsü ilə baş tutub.Mərasimdə Xocalı qətliamı qısametrajlı film nümayiş olunub.TADİV rəhbəri, professor Aygün Attar çıxışında bildirib ki, Xocalı faciəsini hər il anmalarının səbəblərindən bir də odur ki, inasanlıq bu kimi faciələrdən dərs alsın və bir daha yer kürəsində bunun kimi acı hadisələr törədlməsin.Xocalı soyqırımının baş vermə səbəblərinə toxunan Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov isə, qurbanların türk-müsəlman olduqları üçün qətlə yetirildiklərini bildirib:"Biz bu tarixi unutmamalıyıq və yeni nəslin bu kimi faciələrlə qarşlaşmalarına və bu kimi cinayətləri törətmələrinə yol verməməliyik".Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım öz növbəsində Azərbaycanla-Ermənistan arasındakı sülh prosesindən danışıb:"Qafqazda uzun müddətli sülhə nail olmaq üçün Ermənistanın da müsbət davranması lazımdır və tələbləri yerinə yerinə yetirməlidir. Və bu sülh Türkiyə olmadan mümkün deyil. Çünki Türkiyə Ermənistanla sərhədləri yalnız iki ölkə arasında sülh müqaviləsi imzalandıqdan sonra açacaq".Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, Xocalı soyqırımı 17 ölkə, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən tanınıb.Tədbirdə yazıçı jurnalist, Qarabağ hadisələri ilə bağlı 27 kitabın müəllifi, Xocalı soyqırımı zamanı 51 yaxın qohumunu itirən Səriyyə Müslümqızının "Hardasınız 13-lər" kitabının Azərbaycan və Türkiyə türkcəsində nəşrinin təqdimatı da olub.Çıxışçılar cinayətin 34-cü ildönümündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi soyqırımının bir daha təkrarlanmasının qarşısının alınması baxımından Xocalıda törədilən dəhşətli cinayətdə əli olan bütün şəxslər barəsində tarixi ədalətə nail olunması və onların məsuliyyətə cəlb edilməsinin vacibliyini bildiriblər.Qeyd olunub ki, Türk dövlətləri bir araya gələrək təkcə türk millətinə deyil, bütün millətlərə soyqırımı edilməməsi üçün təbliğat aparmalıdır.Tədbir iştirakçıları sonra Xocalı soyqırımı ilə bağlı sərgi ilə tanış olublar.

Digər xəbərlər