Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İclasın gündəliyində duran əsas məsələlər ərazi partiya təşkilatının 2025-ci il üzrə fəaliyyət hesabatı və 2026-cı il üçün hazırlanmış Tədbirlər planının təsdiqi olub.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sözlə əməl birliyi ona olan inamı və etimadı günbəgün artırır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, dövlət başçısı İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq hər birimiz üçün böyük şərəf və qürurdur. Partiyanın sıralarında birləşən 750 mindən artıq üzvün hər biri Ümummilli Liderin ideyalarının təbliğatçılarıdır. Bu ideyalar Azərbaycanın dünəninin, bu gününün əsası olaraq hər zaman gələcəyə böyük inamla addımlamağa stimul verir.
Sonra Mədəniyyət Mərkəzi ərazi partiya təşkilatının sədri Ceyhun İsmayılzadə ötən dövr ərzində görülən işlərə dair geniş hesabatla çıxış edib.
Müzakirələr zamanı çıxış edən partiya üzvləri təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək, YAP-ın Azərbaycan mədəniyyətinin qorunması, təbliği və milli mənəvi dəyərlərin gənc nəsillərə ötürülməsindəki müstəsna xidmətlərini vurğulayıblar. Qeyd olunub ki, müasir Azərbaycanın mədəni tərəqqisi və beynəlxalq arenadakı uğurları məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən siyasətin nəticəsidir. Ərazi partiya təşkilatının üzvləri partiyanın ideoloji işində daha əzmkar olacaqlarını ifadə ediblər.
Sonda Mədəniyyət Mərkəzi ərazi partiya təşkilatının 2025-ci il üzrə fəaliyyətinə dair hesabat qənaətbəxş qəbul edilib, 2026-cı il üçün nəzərdə tutulan tədbirlər planı təsdiqlənib.