26 Fevral Azərbaycan xalqının yaddaşına qanla yazılmış bir tarixdir. Bu gün sadəcə bir faciənin deyil, həm də milli iradənin, dövlətə sədaqətin və Vətən sevgisinin təcəssümü kimi qiymətləndirilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törədildi. Qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi. Bu faciə Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı aktı kimi tarixə düşdü. Xocalı yalnız bir şəhərin adı deyil. Xocalı həm də milli yaddaşdır, Xocalı, ədalət harayıdır, Xocalı, Vətən torpağı uğrunda şəhidliyin zirvəsidir. Həmin gecə Xocalıda yüzlərlə günahsız insan xüsusi qəddarlıqla öldürüldü, yüzlərlə ailə məhv edildi, minlərlə insan doğma yurd-yuvasından didərgin salındı. Bu faciə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Xocalı soyqırımı insanlığa qarşı cinayət kimi dünya tarixində öz yerini almışdır.
Bu hadisə bir daha göstərdi ki, dövlətçilik zəif olduqda xalq böyük təhlükələrlə üz-üzə qala bilər. Təəssüflə bildirmək istərdimki o dövrün hakimiyyətinin yaramazlığı və qeyri-peşəkar fəaliyyətləri nəticəsində millətimiz ən ağrılı acılı günlərini yaşadı. Lakin Azərbaycan xalqı sınmadı, əksinə, daha da birləşdi və gücləndi.Bununlada dövlətçilik və milli birliyimiz daha da gücləndi. Azərbaycan xalqı bilirdi ki ölkəmizi yalnız bir dahi şəxsiyyət qoruya bilərdi o isə Ümummilli Liderimiz Heydər Əliyev idi. Ulu Öndərimiz Heydər Əliyev Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilməsini təmin etdi və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar biri idi. Ulu Öndərimizin müəyyən etdiyi uzaqgörən siyasi kurs nəticəsində Xocalı həqiqətləri beynəlxalq tribunalarda səsləndirilməyə başlandı.
Bu gün isə Cənab Prezidentimiz İlham Əliyev tərəfindən aparılan ardıcıl və prinsipial siyasət nəticəsində Azərbaycan dövləti daha da güclənmiş, ərazi bütövlüyünü bərpa etmiş və şəhidlərin qisası döyüş meydanında alınmışdır. Artıq düşmənin qarşısında zəif,xaoslu bir dövlət yox,Prezidentimizin uzaqgörən və güclü siyasəti ilə dünya çapında güclü Azərbaycan dövləti dayanmışdır.Tarixə şanla yazılmış 44 günlük qələbəmiz sübut etdiki millətimizə dövlətimizə edilən amansızlıqlar cavabsız qalmadı.Düşməndən fərqli olaraq Azərbaycan dövləti dinc əhaliylə deyil,dinc əhalidən qorxub onlara silah tuşlayan düşmən ordusunu yerinə otuzdurdu. Bu, yalnız hərbi qələbə deyil, həm də tarixi ədalətin təntənəsi idi.Dövlət başçımızın güclü siyasəti və iradəsi həmçinin ordumuzun igidliyi sayəsində haqqı bərqərar etdik. Xocalı soyqırımı bizə bir dərs verdi:güclü dövlət, güclü ordu və milli birlik hər bir xalqın təhlükəsizliyinin əsas təminatıdır. Azərbaycan dövləti bu gün regionda söz sahibidir,və müstəqil siyasət yürüdür və milli maraqlarını qətiyyətlə müdafiə edir. Regionda hərəkət etmək istəyən sadəcə Azərbaycan dövlətiylə hesablaşır.Bu hökümətimizin qazandığı uğur və güclü siyasətin göstəricisidir. Hər il 26 Fevral tarixində xalqımız şəhidlərin xatirəsini ehtiramla yad edir. Bu, həm də gələcək nəsillərə ötürülən bir vətənpərvərlik andıdır. Biz Xocalını unutmadıq və unutmayacağıq. Xocalı soyqırımı Azərbaycan xalqının qəlbində sağalmaz yara olsa da, eyni zamanda milli qürur və mübarizə ruhunun rəmzidir. Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan dövləti onların xatirəsini uca tutur.Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Xocalı qurbanlarının ruhu qarşısında baş əyirik.Bundan sonra isə Azərbaycanımızın gələcəyə doğru uğurlarını davam etdirməsi üçün Cənab Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşməliyik!
Elgün Rüstəmli
YAP Yasamal rayon təşkilatının gənc fəalı