PDF Oxu

Siyasət

  • 712

Şəmkirdə anım tədbirləri keçirilib - ŞƏRH

image

Ermənistanın Azərbaycana hərbi təcavüzü və ərazilərimizin işğalı dövründə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Şəmkir rayonunda silsilə tədbirlər keçirilir.

YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Şəmkir şəhər Məhəmməd Füzuli adına məktəb-liseydə keçirilən anım tədbirində YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Şəmkir Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak etdilər.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərərk bildirib ki, Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi artilleriyadan atəşə tutularaq işğal edildi və həmin gün tarixin ən dəhşətli qətliamlardan biri xocalılara qarşı törədildi. F.Vəliyev qeyd etdi ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlandı və Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi.

Digər çıxış edənlər vurğuladılar ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Xocalı şəhəri separatçılardan təmizləndi və bu gün bütöv Azərbaycanın hər bir ərazisində şanlı bayrağımız dalğalanır və həmin ərazilərə aparılan abadlıq-quruculuq işləri ilə yeni həyat qaytarılır.

Tədbirdə şagirdlər Xocalı faciəsinə həsr edilən şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Onu da qeyd edək ki, tarixin ən böyük faciələrindən olan Xocalı soyqırımın 34-cü ildönümü münasibətilə Şəmkir rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində təhsil müəssisələrində xüsusi dərslər keçirilir, tədbirlər təşkil olunur, faciə qurbanlarının xatirəsinə məscidlərdə təşkil olunan mərasimlərdə dualar oxunur.

Digər xəbərlər