PDF Oxu

Siyasət

  • 1 498

Sədərəkdə anım tədbiri keçirilib FOTOLAR

image

26 fevral 2026-cı il tarixində Sədərək rayon Mədəniyyət Sarayında Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdən öncə Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsm əsərləri və kitablardan ibarət stendə baxıblar.

Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının sədri Arif Qasımov, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Tədbirdə Ulu Öndərimiz Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Tədbirdə çıxış edən Heydərabad qəsəbə tam orta məktəbin direktoru Bulud Bağırlı Azərbaycan xalqına qarşı törədilmiş bu ağır cinayətin mahiyyətindən, Xocalı faciəsinin səbəblərindən və acı nəticələrindən bəhs edərək, soyqırımının tariximizin ən faciəli səhifələrindən biri olduğunu vurğulayıb.

Tədbirin sonunda faciəni əks etdirən videoçarx nümayiş etdirilib.

Digər xəbərlər