PDF Oxu

Siyasət

  • 1 190

"Xocalı ərəfəsində mühüm mesaj verildi" - ŞƏRH

image

"Azərbaycan Respublikasında Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində Prezident İlham Əliyevin bölgəyə səfər etməsi, sakinlərlə görüşməsi və aparılan quruculuq işləri ilə yerində tanış olması xüsusi əhəmiyyət daşıyır".Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçi sözlərinə belə davam edib: "Bu, həm siyasi, həm də mənəvi baxımdan mühüm mesajdır. Bu səfər bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpasını və yenidən məskunlaşdırılmasını prioritet hesab edir. Xüsusilə Xocalı faciəsinin ildönümündə dövlət başçısının həmin torpaqlarda olması simvolik məna daşıyır. Bu, həm şəhidlərin xatirəsinə ehtiramın ifadəsidir, həm də dünyaya verilən açıq mesajdır: bu torpaqların əsl sahibi Azərbaycan xalqıdır və xalq öz doğma yurduna qayıdıb.Uzun illər işğal altında saxlanılmış ərazilərdə bu gün genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, infrastrukturun yenidən qurulması və həyatın dirçəldilməsi Azərbaycanın gücünü, iradəsini və qətiyyətini nümayiş etdirir. Bu proses təkcə regional deyil, beynəlxalq ictimaiyyət üçün də mühüm siyasi siqnal xarakteri daşıyır.Belə səfərlər göstərir ki, Azərbaycan nə çətin günlərdə, nə də zəfərdən sonra öz torpaqlarından geri çəkilib və çəkinməyəcək. Əksinə, ağır faciələrdən və itkilərdən sonra yenidən dirçəlmək, həmin torpaqları abadlaşdırmaq və gələcək nəsillər üçün yaşanılan məkana çevirmək dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan, Xocalı faciəsinin ildönümü ərəfəsində həyata keçirilən səfər həm tarixi yaddaşın qorunması, həm də gələcəyə yönəlik quruculuq iradəsinin nümayişi kimi qiymətləndirilə bilər|".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər