PDF Oxu

Siyasət

  • 1 408

“Postmüharibə mərhələsində Azərbaycan həm güclü dövlət, həm də humanist cəmiyyət modeli formalaşdırır” - Siyavuş Novruzov

image

Azərbaycanın dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət postmüharibə mərhələsində ölkənin gücünü, humanist yanaşmasını və milli iradəsini açıq şəkildə nümayiş etdirir.SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.Deputat bildirib ki, müharibə dövründə qətiyyət göstərən, dövlətin suverenliyini təmin edən Azərbaycan postmüharibə mərhələsində daha çox humanizm və hüquqi prinsiplərə əsaslanan siyasət yürüdür: “Bu gün atılan addımlar göstərir ki, ölkəmiz yalnız hərbi qələbə ilə kifayətlənməyib, eyni zamanda hüquqi dövlət quruculuğunu və insan mərkəzli idarəçilik modelini gücləndirir”.Siyavuş Novruzov vurğulayıb ki, məhkumların hüquqlarının qorunması, onların reabilitasiyası və sosial reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər postmüharibə dövrünün mənəvi və siyasi xüsusiyyətlərini əks etdirir.Deputat qeyd edib ki, şəhid ailələrinə və qazilərə göstərilən diqqət, dövlət tərəfindən icra olunan sosial proqramlar və cəmiyyətin müxtəlif təbəqələrinə yönəlmiş dəstək tədbirləri milli həmrəyliyin və güclü dövlətçilik ənənələrinin bariz nümunəsidir.Onun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan formalaşmış milli liderlik, etimad mühiti və strateji baxış əsasında inkişaf edir və postmüharibə mərhələsində həm güclü dövlət, həm də humanist cəmiyyət modeli qurmağa nail olur.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər