PDF Oxu

Siyasət

  • 1 046

“Ağıllı şəhərlər modeli ölkənin inkişafına təkan verir” - DEPUTAT DANIŞDI

image

“Bakıdə şəhərsalma və memarlığın düzgün idarə olunması ölkənin iqtisadi, sosial, mədəni və ekoloji inkişafına birbaşa təsir göstərən əsas amillərdən biridir”.Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Nigar Məmmədova bildirib.Onun sözlərinə görə, səmərəli şəhər planlaşdırılması funksional yaşayış mühiti yaradır, insanların həyat keyfiyyətini yüksəldir və şəhərləri daha təhlükəsiz, inklüziv və rahat edir:”Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, eləcə də ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu bu sahədə beynəlxalq təcrübə mübadiləsinin genişlənməsinə şərait yaradacaq. Bu tədbirlər sayəsində Bakı artıq formalaşmış şəhər inkişaf modelini dünya ictimaiyyətinə təqdim etmək imkanı əldə edir.İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şəhərsalma strategiyaları, xüsusilə işğaldan azad olunmuş ərazilərdə sıfırdan qurulan ağıllı və dayanıqlı yaşayış məntəqələri Azərbaycanın regionda nümunəvi model kimi mövqeyini gücləndirir.Təcrübə göstərir ki, müasir şəhərsalma iqtisadi inkişafın mühüm hərəkətverici qüvvəsidir. İnkişaf etmiş infrastruktur, müasir memarlıq həlləri və düzgün planlaşdırılmış yaşayış sahələri investisiyaların cəlbinə, turizmin artmasına və yeni məşğulluq imkanlarının yaranmasına şərait yaradır. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma layihələri xüsusi əhəmiyyət daşıyır və artıq beynəlxalq investorların və turistlərin diqqətini cəlb edir.Memarlıq eyni zamanda dövlətin tarixini, milli kimliyini və beynəlxalq imicini əks etdirən mühüm sahədir. Azərbaycanda müasir memarlıq elementləri ilə tarixi irsin və milli ənənələrin sintezi özünəməxsus şəhər mühiti formalaşdırıb. Bu inkişafın əsas mərhələlərindən biri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə təsadüf edir. Həmin illərdə memarlıq layihələrində milli üslubun, tarixi irsin və klassik memarlıq ənənələrinin qorunması prioritet istiqamət kimi müəyyənləşdirilmişdi.Müstəqillik dövründə bu yanaşma daha sistemli şəkildə davam etdirildi. 2019-cu ildə Bakının Beynəlxalq Memarlar İttifaqının Baş Assambleyasına və tematik forumuna ev sahibliyi etməsi Azərbaycanın şəhərsalma sahəsində qlobal əməkdaşlıq imkanlarını genişləndirdi və ölkənin beynəlxalq memarlıq mühitində nüfuzunu artırdı.Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi isə Azərbaycanın dayanıqlı şəhər inkişafı sahəsində rolunu daha da möhkəmləndirərək ölkəni beynəlxalq şəhərsalma dialoqunun mühüm iştirakçılarından birinə çevirəcək”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər