Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, "İsrail və ABŞ-ın İrana hücumu ilə başlayan və İranın üçüncü ölkələri hədəf alması ilə davam edən hadisələr qlobal sabitliyə təhlükə yaradacaq xarakter daşıyır". Xarici İşlər Nazirliyi bildirib ki, "Beynəlxalq hüququ pozan bütün hərəkətlərdən dərin narahatlıq duyuruq və zorakılığın artmasına səbəb ola biləcək təxribatları pisləyirik. Tərəfləri hücumları mümkün qədər tez dayandırmağa çağırırıq".
Nazirliyin açıqlaması belədir:
İsrail və ABŞ-ın İrana hücumu ilə başlayan və İranın üçüncü ölkələri hədəf alması ilə davam edən hadisələr bölgəmizin gələcəyini və qlobal sabitliyi riskə atan bir təbiətə malikdir. Beynəlxalq hüququ pozan və günahsız mülki şəxslərin həyatını təhdid edən bütün hərəkətlərdən dərin narahatlıq duyuruq və zorakılığın artmasına səbəb ola biləcək təxribatları pisləyirik. Tərəfləri hücumları ən qısa müddətdə dayandırmağa çağırırıq.
Bir daha vurğulayırıq ki, bölgəmizdəki məsələlər sülh yolu ilə həll olunmalıdır. Türkiyə vasitəçilikdə lazımi dəstəyi göstərməyə hazırdır. Müvafiq ölkələrdə yaşayan vətəndaşlarımızın təhlükəsizliyi bizim prioritetimizdir və bu baxımdan bütün zəruri tədbirlər görülür.