PDF Oxu

Siyasət

  • 430

Xocalı unudulmur - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində inşa edilən Xocalı Soyqırımı Memorialının açılış mərasimində iştirak ediblər.Prezident İlham Əliyev tədbirdə çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, 1992-ci ilin fevralında baş verən bu faciə yalnız Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan dövləti Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində uzun illərdir ardıcıl fəaliyyət göstərir. Müxtəlif ölkələrdə keçirilən tədbirlər, beynəlxalq konfranslar və informasiya kampaniyaları nəticəsində Xocalı faciəsi haqqında məlumatlılıq getdikcə artır.

Ölkə rəhbəri həmçinin vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində Xocalı şəhəri yenidən dirçəlir və həyat öz axarına qayıdır. Yeni yaşayış məntəqələrinin salınması, infrastruktur layihələrinin həyata keçirilməsi və sosial obyektlərin tikintisi bölgənin davamlı inkişafına xidmət edir.

Dövlət başçısı çıxışında qeyd edib ki, Xocalının bərpası Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Şəhərdə həyata keçirilən tikinti və yenidənqurma layihələri keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməyə yönəlib.

Son illərdə bölgədə yolların, enerji və su təchizatı sistemlərinin qurulması, müasir yaşayış komplekslərinin inşası və sosial xidmətlərin təşkili istiqamətində mühüm addımlar atılıb. Bu proses Xocalının yalnız tarixi yaddaş məkanı deyil, həm də müasir və inkişaf edən şəhərə çevrilməsini hədəfləyir.

Beləliklə, Xocalı Soyqırımı Memorialının açılışı, bu faciənin yaddaşlarda yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm tarixi hadisə kimi qiymətləndirilir. Xocalı unudulmur, unutdurulmayacaq!

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Digər xəbərlər