PDF Oxu

Siyasət

  • 416

Müasir sosial infrastruktur - TƏHLİL

image

Dövlət başçısı Bakı Ekspo Mərkəzinin həyətində məişət tullantıları daşıyan texnikalarla tanış olub

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması məqsədi ilə istifadə edilməsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Ölkə rəhbərliyinin ekoloji məsələlərə göstərdiyi diqqət sayəsində ətraf mühitin yaxşılaşdırılması istiqamətində son 22 il ərizində bir sıra layihələr həyata keçirilib, ekoloji problemlərin həllinə yönəlmiş tədbirlər görülüb. Ölkəmizin zəngin təbiətini qorumaq, bərpa etmək, insanların sağlamlığı və digər məqsələr ücün üçün yeni layihələr həyata keçirilir.

Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzinin həyətində məişət tullantıları daşıyan texnikalarla tanış olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə avtomobil zavodunda istehsal edilən bu texnikalar ölkəmizin müxtəlif şəhər və rayonlarına göndəriləcək. Ümumilikdə layihə çərçivəsində hər birinin tutumu 22 kubmetr olan 70 kommunal texnika istehsal edilib. Kommunal texnikanın iki toplantı meydançasından - Bakı şəhərində Ekspo Mərkəzinin qarşısından və Gəncə şəhərində avtomobil zavodunun həyətindən Azərbaycanın 58 şəhər və rayonuna göndərilməsi nəzərdə tutulur.

Azərbaycanda paytaxt Bakı ilə yanaşı, bölgələrimizin inkişafı, orada müasir sosial infrastrukturun, o cümlədən parkların, yaşıllıq və meşə zolaqlarının yaradılması və bununla da ümumilikdə ölkəmizin ekoloji durumunun yaxşılaşdırılmasına yönəlmiş layihələr ardıcıl şəkildə davam etdirilir. Bu baxımdan məişət tullantıları daşıyan texnikaların şəhər və rayonlarımıza göndərilməsi bir neçə vacib amili özündə birləşdirir. Belə ki, bu, ilk növbədə

regionlarda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına töhfə verəcək. Beləliklə, müasir yeni texnikalar məişət tullantılarının vaxtında və səmərəli daşınmasını, yaşayış məntəqələrində təmizlik işlərinin daha keyfiyyətli aparılmasını təmin edəcək. Bununla yanaşı, layihə ətraf mühitin mühafizəsi baxımından da mühüm rol oynayır. Layihənin daha bir mühüm məqamı odur ki, bu texnikalar yerli istehsaldır. Ümumilikdə, indiyədək Gəncə avtomobil zavodunda çox sayda traktor, kombayn, digər kənd təsərrüfatı texnikası, minik və yük avtomobili və sair texnika istehsal olunub.

Qeyd edək ki, Gəncə avtomobil zavodunun əsası 1986-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. 2004-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə bu istehsal müəssisəsi fəaliyyətə başlayıb. Hazırda zavodda 500-ə yaxın işçi çalışır.

İnsanların sağlam təbii mühitdə və şəraitdə yaşaması naminə görülən səmərəli işlər təqdirəlayiqdir. Ətraf mühitin, suların təmiz, havamızın saf olması üçün bunu özümüzün vətəndaşlıq borcumuz olduğunu dərk etməliyik.

Azərbaycan xalqının siyasi, ideoloji və mənəvi liderliyi missiyasını böyük şərəf və uğurla həyata keçirmiş Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə, təbiətdən səmərəli istifadə məsələlərinə, xüsusən bu məsələlərdə elmin fəal iştirakına hər zaman böyük diqqət yetirmişdir. Ulu Öndərin ekoloji siyasətinin formalaşdırılmasında akademik Həsən Əliyevin və digər alimlərin əsərlərində qaldırılmış problemlər, onların həlli üçün irəli sürülmüş təkliflər önəmli rol oynamışdır. 1969-1982-ci illərdə və müstəqillik illərində Ümummilli Liderin təşəbbüsü və səyləri ilə ekologiya, ətraf mühitin sağlamlaşdırılması, mühafizəsi və təbii resurslardan səmərəli istifadə üzrə görülmüş işlər, qanun və sərəncamlar, Ulu Öndərin qətiyyəti və uzaqgörənli yi sayəsində yaradılmış qorunan təbiət əraziləri və s. barədə geniş məlumatlar bu kitabda dərc edilmiş tezislərdə geniş şəkildə öz əksini tapmışdır. Ulu Öndərin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin atdığı addımlar, həmçinin Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən görülmüş işlər yeni nəsillərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyələndirilməsi ilə yanaşı, onlara vətənin hər qarışına, bütün canlı və cansız aləminə dərin sevgi hissinin aşılanmasına xidmət etmişdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər