PDF Oxu

Siyasət

  • 933

Kürdəmirdə ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib - FOTOLAR

image

03 mart 2026-cı il tarixdə Kürdəmir şəhər Rüstəm Quliyev adına 5 saylı tam orta məktəbində YAP Kürdəmir rayon təşkilatının “Hərbi şəhərcik” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və partiya üzvləri iştirak edib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Kürdəmir şəhər Rüstəm Quliyev adına 5 saylı tam orta məktəbinin direktoru, “Hərbi şəhərcik” ərazi partiya təşkilatının sədri Elnarə Muradova görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, Ərazi Partiya Təşkilatı hesabat dövrü ərzində öz işini Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında Əsasnamənin tələblərinə uyğun fəaliyyət göstərmişdir. Hesabat dövrü ərzində rayon təşkilatı tərəfindən keçirilən tədbirlərdə, ərazi partiya təşkilatının üzvlərinin iştirakı təmin olunmuşdur. Eyni zamanda, partiya üzvlərinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmışdır. Partiya üzvləri Yeni Azərbaycan Partiyasının ideya və prinsiplərini rəhbər tutaraq ictimai-siyasi proseslərdə fəal iştirak etmiş, keçirilən tədbirlərdə iştirak etmişlər. Dövlətimizin həyata keçirdiyi siyasətin, xüsusilə təhsil sahəsində aparılan islahatların təbliği istiqamətində mütəmadi iş aparılmışdır.

Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvləri Sevda Şirəliyeva, Sona Kərimova, Zeynəb Məmmədova bildirblər ki, “Hərbi şəhərcik” ərazi partiya təşkilatı partiyanın tapşırıqlarının icrasında intizamının, məsuliyyətin gücləndirilməsinə, eyni zamanda, qəbul olunan dövlət proqramlarının yerlərdə effektiv icrasını nəzarətdə saxlayır.

Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik siyasi irsindən, Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin məqsədyönlü siyasətindən, Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən, vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışdı. Yığıncaqda ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib.

Çıxışlardan sonra səsvermə nəticəsində ərazi partiya təşkilatının sədri Elnarə Muradova, sədr müavini isə Zeynəb Məmmədova seçildi. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini bəyan ediblər.

Digər xəbərlər