PDF Oxu

Siyasət

  • 1 316

Hizbullah İsrailə müharibə başlatdı

image

Livanın Hizbullah radikal qruplaşması İsraillə münaqişəyə başladığını açıqlayıb. İsrail mediası bu barədə məlumat yayıb.SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hizbullahın bəyanatında qeyd olunur ki, əvvəllər dəfələrlə xəbərdarlıq etmişdilər ki, onların addımlarını cavabsız qoymaq mümkün deyil. Qruplaşma endirilən zərbələri “müdafiə tədbiri və qanuni hüquq” adlandırıb.Bundan əlavə, Hizbullah ötən gecə İsrail ərazisinə pilotsuz uçuş aparatlarının göndərilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qruplaşma həmçinin Meron dağındakı hava nəzarət bazasına və Ramat-David hərbi hava bazasına zərbələr endirdiyini açıqlayıb.Xəbərdə bildirilir ki, səhər saatlarında İsrail Ordusunun Qolan yüksəkliklərindəki bazası raket atəşinə məruz qalıb. Öz növbəsində, İsrail tərəfi son bir saat ərzində bütün raket atışlarının İran ərazisindən həyata keçirildiyini açıqlayıb.İsrail Müdafiə Ordusunun məlumatına görə, Livandan göndərilmiş iki pilotsuz uçuş aparatı ələ keçirilib.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər