Xocalıda Memorial Kompleksin açılışı Azərbaycan tarixində həm mənəvi, həm də siyasi baxımdan böyükəhəmiyyət daşıyan hadisədir. Bu kompleks yalnız faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə deyil, eynizamanda illərlə gözlənilən ədalətin bərpasının rəmzidir. Məhz Xocalı torpağında belə bir memorialın açılması xalqın yaddaşına və şəhidlərin ruhuna göstərilən ən aliehtiramdır.
1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı XX əsrin ən ağır faciələrindən biri kimi tarixə düşdü. Dincsakinlərə qarşı törədilən qətliam nəticəsində yüzlərlə insan həyatını itirdi, şəhər yerlə-yeksan edildi. Uzunillər Xocalı işğal altında qaldığı üçün faciə qurbanlarının xatirəsini doğma torpaqda anmaqmümkün olmurdu.
2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi isə bölgədə yeni reallıq yaratdı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusutorpaqlarını işğaldan azad etdi və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nailiyyət əldə olundu. Bu tarixi zəfər Xocalı kimi müqəddəs torpaqlara qayıdışı da mümkün etdi.
Müharibə dövründə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütünproseslərə birbaşa rəhbərlik edirdi. Onun qətiyyətli siyasi iradəsi, beynəlxalq müstəvidə apardığı diplomatik fəaliyyət və illər boyu həyata keçirdiyi orduquruculuğu siyasəti 44 günlük müharibədə qazanılan qələbənin əsas amillərindən oldu. Prezident İlhamƏliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Xocalı qurbanlarının qanı yerdə qalmayacaq və tarixi ədalət bərpa olunacaq.
Məhz bu qələbədən sonra Xocalıda yenidən quruculuq işlərinə başlanıldı və Memorial Kompleksin açılışı mümkün oldu. Bu addım həm şəhidlərin ruhuna ehtiram, həm də dünya ictimaiyyətinə bir mesajdır: Azərbaycan öz tarixini unutmur və ədalətin təmin olunması istiqamətində ardıcıl siyasət yürüdür.
Memorial Kompleks gələcək nəsillər üçün həm xatirə, həm də dərs məkanıdır. Burada anılan hər bir ad xalqın yaddaşında əbədi yaşayır. Xocalıda ucaldılan bu abidə 44 günlük müharibədə qazanılan zəfərin mənəvi davamı kimi qiymətləndirilə bilər. Bu, təkcə keçmişinanılması deyil, həm də gələcəyə inamın, milli birliyinvə dövlət iradəsinin təntənəsidir.
YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov.