PDF Oxu

Siyasət

  • 465

Tehranda hakimiyyət dəyişikliyi baş verdi - FOTO

image

Hələ illər öncə fars-molla rejiminin öldürülən başçısı Xameneinin oğlu Müctəba Xameneini yerinə hazırladığı barədə məlumatlar yayılırdı. Belə də oldu. Tehran rejiminin ekspertlər şurası Əli Xameneinin oğlu Müctəba Xameneini rejimin yeni ali lideri seçib. Əsaslı iddialara görə, Müctəba Xameneinin baş molla seçilməsində rejimin hərbi güc mərkəzi olan SEPAH komandirlərinin xüsusi rolu olub. Yəni SEPAH açıq şəkil də ekspertlər şurasına təsir və təzyiq göstərib. Nəticə də 88 nəfərdən ibarət olan şura qorxularından SEPAH-ın namizədinin ali lider seçilməsinə müsbət rəy verib.

Qeyd edək ki, Xameneini ABŞ- İsrail hərbçilərinin birgə keçirdiyi əməliyyat nəticəsində öldürülüb. ABŞ kəşfiyyatı Xameneinin yerini müəyyən edə bilib, bundan sonra hədəfə raket zərbəsi endirilib.

İlham

Digər xəbərlər