PDF Oxu

Siyasət

  • 458

Enerji təchizatında Azərbaycan etibarlı tərəfdaşdır - ŞƏRH

image

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Azərbaycanın enerji siyasətinin prioritetlərini bir daha nümayiş etdirdi. Tədbirdə çıxış edən Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları ölkənin Avropanın enerji təhlükəsizliyində artan rolundan, infrastruktur layihələrinin genişləndirilməsindən və bərpaolunan enerji sahəsində qarşıya qoyulan məqsədlərdən geniş bəhs etdi.

Dövlət başçımız Azərbaycanın uzun illərdir etibarlı enerji təchizatçısı kimi tanındığını diqqətə çatdırdı. Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərməsi ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyini daha da möhkəmləndirib. Bu layihə Avropa ilə enerji əməkdaşlığını gücləndirən əsas körpülərdən biri kimi qiymətləndirilir.

Çıxışında İlham Əliyev cənabları Cənub Qaz Dəhlizinin ötürücülük imkanlarının artırılması məsələsinə geniş yer verildi. Mövcud boru kəmərlərinin modernləşdirilməsi, yeni interkonnektorların qurulması və əlavə investisiyaların cəlbi əsas istiqamətlər kimi təqdim olundu.

Azərbaycanın zəngin qaz ehtiyatları və hasilatın mərhələli şəkildə artırılması planları layihənin uzunmüddətli dayanıqlığını təmin edən amillər kimi ön plana çəkildi. Beynəlxalq maliyyə institutları və tərəfdaş şirkətlər enerji layihələrində daha fəal iştirak etməyə dəvət olundu.

Forumda Azərbaycanın bərpaolunan enerji gündəliyi də geniş şəkildə təqdim edildi. Ölkənin günəş və külək enerjisi üzrə böyük potensiala malik olduğu bildirildi. Bu istiqamətdə aparılan işlər Azərbaycanın enerji balansında təmiz mənbələrin payını artırmağa hesablanıb. Xəzər dənizinin külək enerjisi imkanları gələcək ixrac perspektivləri baxımından xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq tərəfdaşlarla imzalanmış sazişlər yaxın illərdə böyük həcmdə yaşıl enerji istehsalına şərait yaradacaq.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın həm Cənub Qaz Dəhlizinin genişləndirilməsi, həm də yaşıl enerji keçidi istiqamətində fəaliyyətini davam etdirəcəyi bildirildi. Ölkənin beynəlxalq enerji təhlükəsizliyinə töhfəsinin qarşıdakı dövrdə daha da artacağı ifadə olundu.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Digər xəbərlər