Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Unus kənd mərkəzində seçicilərlə görüş keçirib.
Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə Unus kəndindən olan seçicilərlə yanaşı, Kələki və Pəzməri kəndlərindən olan seçicilər də iştirak ediblər.Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.Millət vəkili, həmçinin Unus kəndində şəhid Nihat Qasım oğlu Quluzudənin və şəhid Vüsal Nizami oğlu Yusifovun məzarlarını ziyarət edib.