PDF Oxu

Siyasət

  • 1 155

"Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirir" - ŞƏRH EDİLDİ

image

"Azərbaycan hər zaman Avropa Birliyi ilə çoxtərəfli və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olub".Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçi sözlərinə belə davam edib: "Lakin müəyyən mərhələdə Avropa Parlamenti ilə münasibətlərdə problemlər yaranmış və bu səbəbdən Azərbaycan həmin qurumla əməkdaşlığı dayandırmaq qərarı vermişdir.Bununla belə, Avropa Komissiyası ilə əməkdaşlıq davam etdirilir və bu istiqamətdə dialoq açıqdır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Avropa Birliyi və onun üzv dövlətləri ilə ikitərəfli münasibətlər yüksək səviyyədədir.Xüsusilə enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Azərbaycanın ixrac etdiyi təbii qazın alıcıları arasında Avropa Birliyinə üzv 27 dövlətdən 10-nun yer alması ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir. Bu baxımdan Azərbaycan faktiki olaraq bir sıra Avropa ölkələrinin enerji təminatında açar tərəfdaş kimi çıxış edir.Belə bir şəraitdə yüksək səviyyəli görüşlərin keçirilməsi təbii və məntiqli addımdır. Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığa açıqdır və xüsusilə Avropa Komissiyası ilə konstruktiv iş birliyində maraqlıdır. Ölkəmiz üzərinə düşən öhdəlikləri yerinə yetirir və qarşı tərəfin də bu istiqamətdə konstruktiv yanaşması əməkdaşlığın daha da inkişaf etməsinə xidmət edir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər