Beynəlxalq İşçi Qadınlar Günü olaraq tanınan 8 mart tarixi qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbət tərənnümünü ənənəvi hala gətirmiş bayramdır.8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı Beynəlxalq Qadınlar Günü kimi tanıyıb.İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutub. Bu, Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunub.Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.Hər il martın 8-i gələndə küçələr gül dəstələri ilə dolur, sosial şəbəkələr təbrik kartları ilə bəzənir, iş yerlərində qadınlara hədiyyələr verilir. Amma bu günün əsl mahiyyəti bu romantik təsvirlərdən xeyli uzaqdır. 8 Mart – Beynəlxalq Qadınlar Günü sadəcə “xoşbəxt qadınlar günü” deyil; bu, əsrlər boyu davam edən gender bərabərliyi, əmək haqqı, təhsil və siyasi hüquqlar uğrunda aparılan mübarizənin canlı xatırlatmasıdır.
Martın kökləri 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə gedib çıxır – Nyu-Yorkda toxuculuq fabriklərində çalışan qadınların ağır iş şəraitinə, 12-16 saatlıq iş gününə və aşağı əmək haqqına qarşı etirazları ilə başlayır. 1910-cu ildə Klara Setkinin təklifi ilə bu gün beynəlxalq səviyyədə qeyd olunmağa başlandı. Azərbaycanda isə 1918-ci ildə müsəlman Şərqində ilk dəfə qadınlara səsvermə hüququ verilməsi ilə bu tarix xüsusi məna qazandı.Azərbaycan qadını tarix boyu güclü, müdrik və fədakar olub. Vətən müharibəsində də, postmüharibə bərpa işlərində də, elm və təhsildə də öz sözünü deyib.Hörmətli xanımlar, Sizi 8 Mart münasibətilə təbrik edirəm. Amma bu təbrik sadəcə sözdən ibarət olmasın. Gəlin bu günü nailiyyətlərimizi qeyd etməklə yanaşı, hələ qarşıda duran maneələri də aşmaq üçün yeni motivasiya kimi qəbul edək. Çünki əsl bərabərlik hədiyyələrlə deyil, hüquqların tam reallaşması ilə ölçülür.
Bir sözlə dahi Cavidin dediyi kimi "Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək".
Asim Quliyev
YAP Şahbuz rayon təşkilatının mühasibi