PDF Oxu

Siyasət

  • 1 088

YAP Kürdəmir rayon təşkilatında partiya veteranının yubileyi münasibətilə görüş keçirilib

image

05.03.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında partiyanın fəal üzvlərindən olan Süleymanova Sevil Əsədulla qızının 65 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.

Görüşün sonunda partiya veteran Sevil Süleymanovaya partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə və 65 illik yubileyi münasibətilə Fəxri Fərman, gül buketi və xatirə hədiyyəsi təqdim edilmişdir.

Sonda çıxış edən partiya veteran Sevil Süleymanova göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.

Digər xəbərlər