PDF Oxu

Siyasət

  • 879

Molla rejimi xain əməlinə görə peşman olacaq - ŞƏRH

image

Tarix boyu Azərbaycana qarşı yönəlmiş hücumlar və təzyiqlər göstərir ki, bu torpaqlara qarşı edilən hər bir təcavüz sonda peşmanlıqla nəticələnmişdir. Azərbaycan xalqı əsrlər boyu öz dövlətçiliyini, torpaqlarını və milli dəyərlərini qorumaq üçün böyük iradə və birlik nümayiş etdirmişdir. Bu xalqın tarixində çətin sınaqlar çox olsa da, hər dəfə güclənərək yoluna davam etmişdir. Məhz buna görə də Azərbaycana qarşı hər hansı düşmənçilik siyasəti aparan qüvvələr gec-tez bunun nəticələrinin ağır olduğunu anlayırlar.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan siyasi, iqtisadi və hərbi baxımdan güclənmiş, regionun mühüm dövlətlərindən birinə çevrilmişdir. Dövlətin güclənməsi, ordu quruculuğu və milli həmrəyliyin möhkəmlənməsi nəticəsində ölkə öz təhlükəsizliyini təmin etmək iqtidarında olduğunu dəfələrlə sübut etmişdir. Bu xüsusilə də 2020-ci ildə baş verən və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olan İkinci Qarabağ Müharibəsi zamanı aydın şəkildə görünmüşdür. Həmin dövrdə Azərbaycan xalqının birliyi və dövlətin qətiyyətli siyasəti nəticəsində ölkə öz haqqını bərpa etməyə nail olmuşdur.

Bu gün Azərbaycan regionda sabitliyin, əməkdaşlığın və inkişafın tərəfdarı kimi çıxış edir. Dövlət rəhbərliyi dəfələrlə vurğulayıb ki, Azərbaycan heç bir ölkəyə qarşı aqressiv siyasət yürütmür, lakin öz təhlükəsizliyini və suverenliyini qorumaq məsələsində qətiyyətlidir. Buna görə də ölkəyə qarşı hər hansı təhdid və ya düşmənçilik addımı atan tərəflər gec-tez bunun nəticələrinin nə qədər yanlış olduğunu anlayırlar.

Regionda yerləşən dövlətlərlə münasibətlər də qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında qurulmalıdır. Azərbaycan hər zaman qonşularla mehriban və əməkdaşlığa əsaslanan münasibətlərin tərəfdarı olub. Bununla yanaşı, dövlət öz milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmağa hazır olduğunu açıq şəkildə bəyan edir.

Cəmilə Bağırova

YAP Ordubad rayon tışkilatıda məsləhətçi

Digər xəbərlər