PDF Oxu

Siyasət

  • 348

Molla rejimi terror siyasətindən əl çəkmir - ŞƏRH

image

Adını İran İslam Respubilkası adlandıran, əsil həqiqətdə isə müqəddəs İslam dinini məqsədli şəkildə siyasi alətə çevirən bu dövlətin Azərbaycana qarşı apardığı riyakar, qərəzli, əksər hallarda isə düşmən siyasəti Azərbaycanda hər kəsə bəllidir. Bir fakt yuxarıda qeyd edilən fikirlərin həqiqət olduğunu təsdiqləmək üçün kifayət edər. Məlumdur ki, xristiyan Ermənistan xarici havadarlarının, o cümlədən İran dəstəyi ilə Azərbaycanın ərazisinin 20%- i işğal etmiş, bir milyondan çox soydaşımızı bəşəri cinayətlər törədərək daimi yaşayış yerlərindən məhrum etmişdilər. Adını İslam dövləti adlandıran bu dövlət haqsızlığa məruz qalmış İslam hümməti olan dindaşlarını deyil, kafir adlàndırılan ermənilərlə bir cərgədə duraraq Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü təmin edilməsinə maksimum dərəcədə əngəl olmağa çalışdı. Bu haqsızlıqlara, ədalətsizliklərə, insanlıqdan uzaq davranışa rəğmən Azərbaycan mehriban qonşuluq mövqeyindən vaz keçmədi. İsrailin ABŞ ilə birlikdə İran üzərinə hücumu zamanı da Azərbaycan birmənalı olaraq öz ərazisindən İrana qarşı əməliyyat keçirilməsinə imkan verməyəcəyinə dair ən yüksək səviyyədə mövqe nümaiş etdirdi. Bundan əlavən İsrail və ABŞ tərəfindən məhv edilmiş ali dini liderlərinə hörmət əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə gələrək öz təziyyələrini bildirdi. Bu edilənlərin qarşılığında İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana zərbə endirməsini normal məntiqlə izah etmək mümkün deyil. Deyəsən bunlar olmayan ağıllarının olub- qalanını da itiriblər. Həqiqətən də İranın ətraf dövlətlərlə münasibətinə diqqət yetirən hər kəsə bəlli olur ki, bu rejimin əvvəldən heç ağlı olmayıb. Bir Ermənistan istisna olmaqla İranın heç bir dövlətlə normal münasibəti yoxdur. Halbuki ətrafında olan dövlətlərin hamısı İslam dövlətləridir. Azərbaycana edilən hava hücumu bir daha təsdiq edir ki, bu nankor rejimə etibar yoxdur və bunlardan hər cürə nanəcibliyi gözləmək olar. Bizim sözümüz cənublu qardaşlarımıza, findaşlarımıza, soydaşlarımızadır. Bunların nanəcibliyinə qarşı ən tutarlı cavab Siz verə bilərsiniz və verməlisiniz!...

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Digər xəbərlər