Regionda baş verən müharibə fonunda Azərbaycan hər zaman məsuliyyətli və praqmatik mövqe nümayiş etdirmişdir. Münaqişə zamanı gərginliyin daha da artmasının qarşısını almaq və sülhün bərqərar olması üçün diplomatik səylər göstərmişdir. Bununla yanaşı, ölkə humanitar dəyərlərə sadiq qalaraq müharibədən əziyyət çəkmiş bölgələrə humanitar yardım göndərməyi də nəzərdə tutmuşdur. Lakin bütün bu hərəkətlərin qarşılığında yenə də hücuma qalan tərəf Azərbaycan oldu.
05.03.2026-cı ildə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında yerləşən infrastrukturlara qarşı hücum oldu. Mülki obyektlərin – yaşayış məntəqələrinin, ictimai əhəmiyyətli qurğuların və infrastrukturların hədəf alınması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu cür addımlar nə siyasətdən üstünlüyə, nə müharibə strategiyasının irəli aparılmasına uyğun gələ bilər. Bu, yalnız siyasi və mənəvi zəifliyin, acizlik və qorxaqlığın göstəricisidir.
Nəticə etibarilə, mülki infrastruktura dron hücumu qurmaq heç bir halda güclü olmaq demək deyil. Bu, yalnız acizlik və qorxaqlığın əlamətidir. Azərbaycan xalqı və dövləti bu cür təxribatlardan qorunaraq, regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş siyasətini davam etdirəcəkdir.
Nicat Əsədli
YAP Ordubad rayon təşkilatının əməkdaşı